» » Kompyuter arxasında oturarkən əməl edəcəyiniz qaydalar...

Kompyuter arxasında oturarkən əməl edəcəyiniz qaydalar...

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Kompyuter arxasında oturarkən əməl edəcəyiniz qaydalar...

Hamımızın bildiyinə görə, müasir dövrdə bir çox insanlar ofislərdə oturaq həyat sürərək özlərinə bir çox xəstəlilər qazanırlar.

Ofis işi adətən monitor qarşısında oturmaqdır ki, bu da əzələ hərəkətsizliyi və səhv qamətdən daha böyük problemlər yarada bilir. Bundan əlavə görmə qabiliyyəti pisləşir və daimi baş ağrıları müşahidə olunur. Sizə komyuter qarşısında düzgün oturma qaydalarını təqdim edirik:

1. Belinizə (kürək) fikir verin. Adətən standart ofis kresloları rahat olaraq sizə narhatçılıq yaratmır, lakin oturduğunuz müddət uzun olduğundan heç bir rahat kreslo belə sizə kömək etmir. Özünüz üçün bir qayda olaraq, hər 10 dəqiqədən bir oturduğunuz pozaya fikir verib qamətinizi düzəldin. Bir müddətdən sonra bu artıq bir adət halına çevriləcək ki, bu da bel sümüyü üçün çox lazımlıdır.

2. Pəncəniz(ayağın altı) tam olaraq yerə dəyməli və oturduğunuz kreslonun hündürlüyü sizin boyunuza uyğun olmalıdır. Diz qapaqlarında ağrı, pəncənin gərginliyi yerişinə təsir edəcək, bu isə bir başa bel sümüyünə öz təsirini gğstərəcəkdir.

3. Əşyalarınızı rahat yerləşdirin ki, işinizi az hərəkət edərək qurtarıb, istirahət edə biləsiniz.

4. Klaviatura, qrafiki planşet və mışka dirsək səviyyəsindən nə aşağ nə də yuxarı olmalıdır. Biləkləriniziə fikir verin, adətən klaviaturada işləyən insanlar biləklərində olan ağrıdan şikayət edirlər. Uzun müddət klaviaturada işlədiyiniz zaman biləklərə bir neçə saniyə istirahət verərək, bir neçə dairəvi hərəkətlər edin.

5. Çalışın monitorun mərkəzi ni baxışınızın səmtinə yerləşdirin. Bu göz və boyun üçün ən rahat pozadır. Çalışın monitoru yarım metrədən yaxın çəkməyin, bu gözləriniz üçün çox ziyanlıdır. Belə hallarda artıq göz şüalanmadan çox, gözün yaxın obyektlərə baxdıqda rahatlanmasından korlanır. Buna əsaən göz üçün gimnastika olaraq yaxın və uzaq predmetlərə baxmağı məsləhət görürlər. Bu hərəkətləri çalışıb saatda 1 dəfə edin.

6. Hər 2 saatdan bir özünüzə tam olaraq 5 dəqiqəlik istirahət verin. Ayağa durub, biraz gəzməniz, hərəkət etməniz, qamətinizin düzəldin və mümkün qədər pəncərədən uzun məsafəyə baxaraq təmiz hava udun.







Saglamolun.az
Müəllif: Admin | 21-03-2017, 12:24
Baxılıb: 524
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: