» » Paltaryuyan maşına sirkə tökməyin 5 İNANILMAZ SƏBƏBİ

Paltaryuyan maşına sirkə tökməyin 5 İNANILMAZ SƏBƏBİ

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Paltaryuyan maşına sirkə tökməyin 5 İNANILMAZ SƏBƏBİ

Adi sirkənin sonsuz faydalarından xəbərdarsınızmı? O kafel, şüşə qablar, pəncərələr və s. materiallara əvəzsiz parlaqlıq qazandırır. Soda ilə qarışdırıldıqda mətbəx və hamam çanağını, kranı qüsursuz təmizləyir.

Bəs sirkəni paltar yuyan zaman paltaryuyan maşına töksək, nə baş verər? Paltaryuyan maşına sirkə tökmək üçün 5 əsaslı səbəbi təqdim edirik. Sınamağa dəyər.

Paltarları yumşaltmaq üçün:
Sirkə yumşaldıcı təsirə malik olduğu üçün, onu çox bərk və qalın parçaların yumasında istifadə edə bilərsiniz.

Paltarlardan ləkələri çıxartmaq üçün:
Tər, yağ, meyvə ləkələrini hələ də bahalı vasitələrlə çıxardırsınız? Bu qədər pul xərcləməyə ehtiyac yoxdur. Öncə sirkəni paltarın ləkələrinə , sonra isə 50 ml miqdarında paltaryuyan maşının təmizləyici toz üçün nəzərdə tutulmuş gözünə tökün. Mükəmməl nəticəyə nail olun.

Zolaqlı paltarların rənginin qarışmaması üçün:
Bəzən müxtəlif zolaqları olan çamaşırları yuduqdan sonra rənglər qarışdığından, bir daha geyinmək istəmirik. Bunun da çözümü sirkədir. Belə paltarları da yuyarkən sirkə əlavə edin və zolaqların rəngini özünə qaytarın.

Çamaşırlardakı pas ləkələrini təmizləmək üçün:
Sirkə həmçinin paltarları ərp və pas ləkəsindən təmizləyir. Narın dəniz duzu və sirkədən ibarət məhlul hazırlayın. Paltarın üzərinə sürtüb, bir müddət saxladıqdan sonra adi qaydada paltaryuyan maşında yuyun.

Paltaryuyan maşına ilk günkü təmizliyini qaytarmaq üçün:
Bundan əlavə paltaryuyan maşının boş barabanına 50 ml sirkə və 1 ç/q limon duzundan ibarət məhlul töküb, işə salsanız, maşının içərisi, ilk günkü kimi təmiz, passız və ərpsiz olacaq.





Publika.az
Müəllif: Nurlana | 27-07-2017, 12:53
Baxılıb: 3 054
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: