Reklam
» » Uşaqlarda qəbzlik problemi

Uşaqlarda qəbzlik problemi

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Uşaqlarda qəbzlik problemi


Normada 1 yaşından yuxarı uşaqlarda nəcis ifrazı gün ərzində (böyüklərdə olduğu kimi) bir dəfə olmalıdır.

Bəzən normadankənar hallar da olur. Məsələn, uşaq gündə 2-3 dəfə və ya 2-3 gündə 1 dəfə nəcis ifraz edir.

Bu zaman uşaqda heç bir narahatlıq hissi yoxdursa, nəcis kütlələri həcmcə və xarici görünüşcə normaya uyğundursa (yəni nə çox duru, nə də çox bərk deyilsə, tərkibində qan qarışıqları, selik və s. dəyişikliklər yoxdursa), bunu normal hal hesab etmək olar.

Ancaq yenə də mütəxəssislə məsləhətləşməniz daha yaxşı olardı. Analar uşağın nəcisinə hər zaman diqqət yetirməlidirlər. Nəcisdə qan, selik əmələ gələrsə, rəng dəyişikliyi və s. nəzərə çarparsa, bu haqda uşağınıza nəzarət edən pediatra məlumat vermək lazımdır.

Uşaqlarda qəbizlik tez-tez baş verir. Uşaq gec-gec nəcis ifraz edirsə və defekasiya (nəcis ifrazı) aktı isə çətinliklə baş verirsə, bu zaman qəbizliyin olması barədə danışmaq olar.

Qəbizlik atonik və spastik olur.

Spastik qəbizlikdə nəcis “qoyun qığı” kimi, bir-birinə yapışqanla yapışmış kimi yumru, kiçik bərkimiş nəcis kütlələri toplumundan ibarət olur. Bu zaman defekasiya (nəcis ifrazı) aktı çətinləşmiş, ağrılı olur. Bir çox hallarda bu, düz bağırsaq və xarici anal dəliyin selikli qişasındaçatların əmələ gəlməsinə səbəb olur.

Belə qəbizlik çox vaxt bağırsaq disbakteriozu, qastrit, kolit (yoğun bağırsaq iltihabı) zamanı müşahidə olunur. Kəskin infeksion xəstəlik zamanı uşağın qida və maye qəbulu azaldıqda, həmçinin uşağın sinir sistemi pozğunluqları da qəbizliyə səbəb ola bilər. Bu hala uşaqların erkən yaş dövründə daha tez-tez rast gəlinir. Xəstəliyin əsas səbəblərindən biri xroniki qəbizlik hesab edilir. Bərkimiş nəcis kütlələri uşağın dar bağırsağından keçərkən bağırsağın selikli qişasını zədələyir. Catların ilkin əlamətləri defekasiya zamanı kəskin ağrı hissi və nəcis ifrazından sonra qan damcıları (analar bunu tualet kağızının üzərində görə bilərlər) ola bilər.

Ağrı səbəbindən uşaqlar defekasiya aktını süni surətdə saxlayır, nəticədə nəcis kütlələri daha da bərkiyərək yeni çatların yaranmasına zəmin yaradır.

Xəstəliyin müalicəsinə onun ilkin simptomları aşkar edilən kimi başlamaq lazımdır. Köhnə, yəni uzun müddət ərzində mövcud olan çatların müalicəsı çox çətin olur. Digər tərəfdən də ağrılar olması qorxusundan uşağın nəcis ifraz etməməsi çox təhlükəli hesab edilən xroniki qəbizliyə, orqanizmin nəcis intoksikasiyasına (zəhərlənməsinə) və s. xoşagəlməz ağırlaşmalara da səbəb ola bilər.



Qəbizliyin digər növü də atonik qəbizlikdir. Bu formaya uşaqlarda daha tez-tez rast gəlinir. Atonik qəbizlik zamanı uşaqda nəcis ifraz etmək istəyi azalmış olur və ya heç olmur. Belə uşaqlarda defekasiya hətta 10 gündən bir olur. Bir çox belə hallarda uşağa təmizləyici imalə etmək və ya işlədici şamlar qoymaq lazım gəlir. Bu cür qəbizlik zamanı nəinki qastroenteroloqa (mədə-bağırsaq xəstəlikləri üzrə ixtisaslaşmış həkim), bəzi hallarda hətta cərrah-proktoloqa (düz bağırsaqda aparılan əməliyyatlar üzrə ixtisaslaşmış həkim) da müraciət etmək lazım gəlir.

Valideynlər uşaqda defekasiya aktının tezliyinə nazarət etməli, həmçinin qəbizliyin əmələ gəlməsinə xüsusi diqqət yetirməlidirlər. Uşaqda olan qəbizliyə etinasız yanaşmayın. Bu çox xoşagəlməz ağır nəticələr verə bilər.

Yaxşı olardı ki, uşağın bağırsağının boşalması mütəmadi olaraq gündə bir dəfə, həm də eyni vaxtlarda (səhər və ya axşam) baş vermiş olsun. Uşaqda qəbizlik aşkar edilən kimi, təxirəsalınmadan həkim qastroenteroloqa müraciət etmək lazımdır. O bunun səbəbini aydınlaşdırdıqdan sonra düzgün müalicə təyin edə bilər.

Uşaqlarda qəbizliyin müalicəsində pəhrizin böyük əhəmiyyəti vardır. Uşağın rasionunda kifayət qədər meyvə, tərəvəz, süd məhsulları olmalıdır. Ağ çörəyi quru çörək (“suxari”) ilə əvəz etmək lazımdır. Qara gavalı, ərik, əncir qurusu, üyüdülmüş buğda kəpəyi (uşağın bütün qidalarına 1 xörək qaşığı əlavə emək olar), kişmiş qəbizlik zamanı yaxşı kömək edir. Bundan əlavə uşaq kifayət qədər su içməlidir, yaxşı olardı ki, bu su qaynanmış yox təmiz içməli su olsun. İşlətmə üçün olan dərman preparatlarından (xüsusən də kimyəvi tərkibli) istifadə edilməsinə çox da üstünlük verməyin.

Əsas müalicəyə əlavə olaraq mineral suların (yessentuki, borjomi, istisu və s.) da daxil edilməsi yaxşı təsir göstərir. Spastik qəbizlik zamanı mineral suları ilıq və qazsızlaşdırılmış, atonik qəbizlik zamanı isə sərin və qazlı şəkildə içmək lazımdır.

Bir daha təkrar etmək lazımdır ki, analar uşağın nəcis ifrazına diqqət yetirməlidirlər. Qusma, kəskin qarın ağrısı, nəcis ifrazının olmaması və köp bağırsaq keçməməzliyinin simptomlarıdır. Uşağınızda bu simptomları müşahidə edərkən onu dərhal cərraha göstərmək lazımdır.

Bağırsaq keçməməzliyi - çox qorxulu xəstəlikdir. Bu xəstəlik zamanı hər hansı bir səbəb üzündən bağırsaq yolunda maneələr əmələ gəlir ki, bu da nəcisin keçməsinə imkan vermir. Diaqnozu dəqiqləşdirmək üçün bağırsaqların rentgen müayinəsi aparılır. Diaqnoz təsdiqləndiyi halda, bağırsaq keçiriciliyinin bərpa edilməsi məqsədi ilə uşaq təcili olaraq cərrahi əməliyyata götürülür. (saglamolun.az)

Müəllif: Nurlana | 29-07-2016, 12:30
Baxılıb: 297
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: