Reklam
» » » Sızanaqları yox edən 5 ən yaxşı xalq təbabəti vasitəsi

Sızanaqları yox edən 5 ən yaxşı xalq təbabəti vasitəsi

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Sızanaqları yox edən 5 ən yaxşı xalq təbabəti vasitəsi


Sızanaqlar ən böyük dəri problemlərindən biridir.
Sızanaqlarla mübarizə etmək üçün xalq təbabəti müxtəlif vasitələr təqdim edir. Biz bu vasitələrin arasında ən təsirli 5 vasitə seçdik.

1. Əzvay (aloe) çox təsirli sızanaqlar əleyhinə vasitədir. Bitkinin yarpaqlarını kəsin, yaxşı yuyun, tənzifə bükün və 7 gün ərzində soyuducuda saxlayın. Sonra xırdalayın, şirəsini sıxın və bu şirəni sızanaqlara çəkin. Bunu gündə hər gün, bir neçə dəfə etmək olar.

2. Bağayarpağı yaxşı yuyun, xırdalayın və şirəsini sıxın. Bu şirəni sızanaqlara çəkin. Bunu hər gün edə bilərsiniz.

3. 2 xörək qaşığı quru pivə mayasını (apteklərdə satılır) ilıq suddə əridin (qatı sıyıq kimi alınmalıdır) və ilıq şəkildə dəriyə çəkin. 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun. Belə maskanı həftədə 2 dəfə etmək olar.

4. Çay ağacı yağı sızanaqların üzərinə gündə bir neçə dəfə çəkin.

5. Yaşıl gil ilıq su ilə yaxşı qarışdırılır (qatı sıyıq kimi alınmaldır) və üz dərisinə çəkilir. Maska quruyandan sonra üzünüzü ilıq su ilə yuyun.

Nəzərinizə çatdıraq ki, əgər sızanaqlar həddən artıq çoxdursa, bu problemi yalnız kosmetoloqun köməyi ilə həll etmək mümkün olacaq.

Bundan əlavə bu hər hansı daxili xəstəliyin simptomu ola bilər. Bu halda sızanaqların müalicəsi effekt verməyəcək və ya müvəqqəti effekt verəcək. Həkimə müraciət edin və lazım olan müayinələrdən keçin.


Saglamolun.Az
Müəllif: Nurlana | 18-08-2016, 12:13
Baxılıb: 1 467
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: