» » Şəkərli diabet xəstələri bu meyvələri yeyə bilər. SİYAHI

Şəkərli diabet xəstələri bu meyvələri yeyə bilər. SİYAHI

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Şəkərli diabet xəstələri bu meyvələri yeyə bilər. SİYAHI


Yayda həkimlər meyvə və giləmeyvələri daha çox yeməyi tövsiyə edir. Lakin, bu qaydanı şəkərli diabet xəstələrinə tam şəkildə aid etmək olmaz.

Bu qrup xəstələr meyvələrin qəbulunu məhdudlaşdırmalı, bəzi meyvələri ümumiyyətlə qəbul etməməlidir. Bu xəstəlik zamanı pəhriz müalicənin əsas tərkib hissəsi sayılır. Bu səbəbdən xəstəliyin gedişatını ağırlaşdırmamaq üçün bu pəhrizə mütləq əməl etmək lazımdır.

Şəkərli diabet xəstələri bu meyvələri yeyə bilərlər:

1. Alma. Bu meyvələr şəkərli diabet zamanı ən faydalı sayılır. Gün ərzində 1-2 ədəd yemək olar.

2. Sitrus meyvələri (limon, portağal, qreypfrut, naringi). Qreypfrut şəkərli diabet xəstələri üçün ən faydalı meyvələrdən biridir. Gün ərzində 1 ədəd.

3. İstənilən giləmeyvələr - qarağat, motmotu, moruq, çiyələk, albalı və s. (şirin gilasdan başqa). Gün ərzində 1 ovuc giləmeyvə yemək olar.

4. Kivi. Gün ərzində 1-2 ədəd.

5. Yemiş, qarpız. Gün ərzində 1 kiçik dilim.

6. Qavalı, ərik, şaftalı, armud. Gün ərzində 2 ədəd (orta ölçüdə).

7. Nar. 1 ədəd (orta ölçüdə).

Nəzərə almaq lazımdır ki, gün ərzində 1-2 növ meyvə yemək olar (məsələn, 1 alma və 2 qavalı gün ərzində və ya 1 qreypfrut və 1 kiçik dilim yemiş) və bu meyvələri qida qəbulları arası yemək daha yaxşıdır.
Banan, əncir, xurma, üzüm kimi meyvələr şəkərli diabet zamanı əks-göstəriş sayılır.


Saglamolun.Az
Müəllif: Nurlana | 22-08-2016, 18:21
Baxılıb: 1 052
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: