Reklam
» » Ukrayna mətbəxinə aid kələm salatı

Ukrayna mətbəxinə aid kələm salatı

  • Bəyənmədim
  • 0
  • Bəyəndim
loading...

Ukrayna mətbəxinə aid kələm salatı


Bu kələm salatı Ukraynada mətbəxinə aiddir. Tərkibindəki tərəvəz-meyvələr bir-birilərini olduqca gözəl tamamlayır.

İsti havalarda hazırlanması daha da əlverişli olan bu salat üçün lazım olan ərzaqları sizə təqdim edirik:

4 pay üçün

Bir ədəd balaca kələm, təxminən yarım kilo – nazik və uzun-uzun doğrayın
1 xörək qaşığı duz
1 ədəd alma – qabığını soyun və kibrit şəklində doğrayın
3-4 xörək qaşığı göy soğanın doğranmış yaşıl hissəsi
zövgə görə zeytun yağı (adətən günəbaxan yağdan istifadə olunur)
zövgə görə limon suyu
zövgə görə duz
zövgə görə istiot
bir çimdik şəkər tozu (zəruru deyil)
üstünə səpmək üçün hr hansı növ turş giləmeyvə (Mən zirinç səpirəm turşməzə dad üçün)

Kələmi bir kasaya qoyub üstünə duzu səpin. Əlinizlə təxminən bir dəqiqə sıxın ki, kələm yumuşalsın. Sonra kənara 15 dəqiqəlik qoyun ki, suyu çıxsın. Sonra suyunu əlinizlə sıxıb kələmi kasaya geri qoyun. Çalısın kələmi çox əzməyəsiniz.

Kələmə alma, zeytun yağı, limon suyu, duz, istiot və şəkər tozu (mən çox vaxt şəkərdən istifadə etmirəm) əlavə edin. Qaba qoyub üstünə turş meyvələri və ya zirinci səpib salatı süfrəyə verin.

Nuş olsun
!

Müəllif: Nurlana | 27-08-2016, 00:55
Baxılıb: 187
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
loading...
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: