Reklam
» » LİMON CEMİ: DADLI, ƏTİRLİ, FAYDALI VƏ EKZOTİK!

LİMON CEMİ: DADLI, ƏTİRLİ, FAYDALI VƏ EKZOTİK!

  • Bəyənmədim
  • 0
  • Bəyəndim
loading...

LİMON CEMİ: DADLI, ƏTİRLİ, FAYDALI VƏ EKZOTİK!


Bu, o qədər dadlı, ətirli cemdir ki, onu qışa tədarük etmək istəsəniz belə alınmayacaq. Çünki bişdisə, evdə hər kəs istəyəcək və bir də baxacaqsınız ki, bankaya yığmağa qalmayıb... Limon cemi təkcə soyuq havalarda deyil, elə yay günlərində də səhərlər yağa çəkib yemək üçün əladır. Turşməzəliyi ürəkbulanması olanlara, xüsusilə də toksikozdan əziyyət çəkən hamilələrə kömək edəcək. Bir sözlə, C vitamini ilə zəngin LİMON CEMİ qoy süfrənizdə bol olsun!

Ərzaqlar:

Limon – 1 kq.
Su – 2 litr.
Şəkər tozu – 3 kq.

Hazırlanması:
Limonlar yuyulur, qurudulur, incə dilimlərə doğranılır, tumları çıxarılır. Dilimlər ləyənə yığılır, üzərinə su tökülür və düz 1 sutka kənarda saxlanılır.
Səhəri gün ləyəni odun üzərinə qoyuruq və ağzı bağlı halda – limonun qabıqları yumşalana kimi qaynadırıq. Əgər əlimizi vuranda qabığın əzildiyini görürüksə, demək şəkər tozunu tökmək olar və daha 20 dəqiqə qaynadırıq. Sonra cemi steril bankalara yığırıq və bankaları qaynar suyun içinə qoyuruq, su soyuyana kimi bankalar orada qalır.



LİMON CEMİ: DADLI, ƏTİRLİ, FAYDALI VƏ EKZOTİK!

Müəllif: Nurlana | 27-08-2016, 11:18
Baxılıb: 1 005
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
loading...
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: