» » Çaxoxbili (Gürcü Yeməyi)

Çaxoxbili (Gürcü Yeməyi)

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

 Çaxoxbili (Gürcü Yeməyi)


ÇAXOXBİLİ
Resept Darra Goldstein: The Georgian Feast kitabından götürülmüşdür.

6-8 porsiya üçün nəzərdə tutulub

2 qaşıq ərinmiş kərə yağı və ya duru yağ
1 toyuq (təxminən 1 kg 500 q) – 10 tikəyə bölün (mən burada hərdən sümüksüz bud ətindən istifadə edirəm)
4 ədəd orda boy soğan – doğrayın
8 ədəd orta boy pomidor – soyun və iri-iri doğrayın
3 diş sarımsaq – soyun və xırda-xırda doğrayın
təxminən yarım stəkan doğranmış göyərti qarişığı (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd)
bir çimdik qırmızı acı toz-bibər (zəruri deyil, mən istifadə etmirəm)
duz
istiot

1.Yağı iri tavada əridin. Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın). Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.

2. Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.

3. Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin. Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin. Yemək hazırdır. Çörəklə süfrəyə verin.

Müəllif: Admin | 31-08-2016, 17:36
Baxılıb: 1 062
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: