» » Lobya konservi belə hazırlanır - RESEPT

Lobya konservi belə hazırlanır - RESEPT

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Lobya konservi belə hazırlanır - RESEPT


Təzə lobya sevənlər onu konservləşdirərək qışa saxlayırlar. Bəs lobyanı evdə necə konservləşdirmək olar?

Qadiniq.net lent.az-a istinadən evdar xanımlara lobya konservasının asan hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:
4 kiloqram təzə lobya
3 kiloqram pomidor
4 ədəd qırmızı bibər
1 kilo yaşıl bibər
2 su stəkanı dur yağ
Duz

Konservanın hazırlanma qaydası:
Lobyaları yuduqdan sonra doğrayın. Qırmızı və yaşıl bibərləri isə yeməklik doğrayın. Duru yağı bir az qızdırıb bibərləri və lobyanı qovurun.
Pomidorların qabıqlarını soyub rəndələyin və qarışıma əlavə edin.

Bişərkən axıra yaxın 2 yemək qaşığı qədər duz tökün.
Ocağın altını söndürdükdən sonra bankaları qarışımla doldurun. Ağzını möhkəm bağlayın. Tərs çevirib bir parçanın üzərinə qoyun. Soyuyandan sonra qaranlıq, gün işığı düşməyən yerdə saxlayın.

Müəllif: Nurlana | 9-09-2016, 13:46
Baxılıb: 1 180
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: