» » Nanə Qurusunun Hazırlanması

Nanə Qurusunun Hazırlanması

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

 Nanə Qurusunun Hazırlanması

Əlinizə bol nanə düşəndə mütləq qurudun və saxlayın. Çünki quru nanədən mətbəxdə çox istifadə olunur. Bol ehtiyatınızın olması çox vacibdir. Quru nanədən mən Azərbaycan və Türkiyə mətbəxindən olan yeməklərin hazırlanmasında çox istifadə edirəm.

Bu ətirli yarpaqları şorba və salatlara səpə bilərsiniz, küftə bişirəndə ətə qata bilərsiniz, dolmanın içliyinə vura bilərsiniz və ya qara çay yarpaqları ilə yanaşı çaynikdə dəmləyə bilərsiniz. Insanın ruhunu oxşayan ətri, təravətli, dadı ilə yanaşı nanə qurusunun bir çox tibbi faydaları da var.


 Nanə Qurusunun Hazırlanması

Son zamanlar əlimə çox nanə düşür. Təxminən bir həftə əvvəl, Melissa’s Produce qida şirkətinin təşkil etdiyi kitab təqdimatında mən daxil olmaqla, bütün qonaqlara bir neçə dəstə nanə hədiyyə etdilər. Bundan bir neçə gün sonra, rəfiqəm mənə öz həyətindən yığdığı təravətli və ətirli bir torba nanə gətirdi. Elə həmin günlərdə mənim balaca, amma sürətlə çiçəkləyən nanə bağçam mənə bol məhsul verdi. Mətbəximdə həddindən artıq çox nanə var idi. Amma heç ziyanı yoxdu, çünki artıq nanəni həmişə qurutmaq olar ki, mən də elə bunu etdim.


 Nanə Qurusunun Hazırlanması
Nanəni qurutmaq çox asandı. Bir neçə üsuldan istifadə edə bilərsiniz: sobada çox aşağı dərəcədə quruda bilərsiniz, dəstə halında başayaq asa bilərsiniz, və ya adətən mənim etdiyim kimi, kağız dəsmal və ya məhrəba üzərində quruda bilərsiniz. Mütləq evdə özünüz nanə qurudun. Bu da sizlərə nanə qurusundan istifadə edilən reseptlər siyahısı:

Nanəli Mərci Şorbası
Nanəli Badımcan Salatı
Küftə-Bozbaş
Zukini Qabağı Salatı
Zeytun Yağlı Şirin Bibər Dolması
Pomidor Souslu Bulqurlu Kroketlər
Yayla Şorbası
Düşbərə
Ordubad Üsulu Maş Şorbası
Kələkoş


 Nanə Qurusunun Hazırlanması

Nanə Qurusunun Hazırlanması
Ərzaqlar

Nanə yarpaqları (nə qədər bol olsa bir o qədər yaxşıdır, çünki quruduqda yarpaqlar büzüşür)

Hazırlanması

Əgər nanəni öz bağçanızdan yığırsınızsa, kökündən çıxartmayın, əksinə kökdən 1/3 aralı kəsin. Bu həmin kökdən yenidən nanə bitməsinə imkan verəcək. Kəsdiyiniz nanələri əlinizdə silkələyin. Beləcə, yarpaqlar arasında gizlənən həşaratlardan nanələri təmizləyəcəksiniz.

Bağçanızdan yığdığınız və ya marketdən aldığınız nanələri torpaq, qum və cücülərdən təmizləmək üçün dərin qabda soyuq su altında yaxşıca yuyun. Ta ki, qabdakı su tərtəmiz görsənənə kimi.

Yuduqdan sonra əlinizdə silkələyin, bir neçə saat kağız dəsmal və ya məhrəba üzərində otaq temperaturunda qurudun.

Suyu tam çəkilib quruduqdan sonra, nanə yarpaqlarını saplaqlarından ayırın. Saplağı dik tutun və yarpaqları aşağı dartın. Saplağın bərk hissəsində olan yarpaqları qopardın. Zərif saplaq hissələri qalsa da olar. Ayırdığınız bərk saplaqları ya ata bilərsiniz, ya da ayrıca qurudub, çay dəmləyərkən istifadə edə bilərsiniz.

Yarpaqları bircə qat halında kağız dəsmal və ya məhraba üzərinə düzün, otaq temperaturunda 3-5 gün qurudun, ta ki tam quru və xırçıldayan hala düşənə qədər. Qətiyyən birbaşa günəş altına qoymayın – belə olduğu halda yarpaqlar qurumamış qaralacaqlar.

Qurumuş nanə yarpaqlarını şüşə qaba yığın. Qabı günəş vuran yerə qoymayın. Yarpaqları ovuq-ovuq edib şüşə qaba yiğa bilərsiniz və ya olduğu kimi saxlaya bilərsiniz. Qeyd edim ki, yarpaqları bütöv halda saxlasanız daha uzun müddət öz ətrini saxlayacaq. Hazırladığınız yeməyə tökməzdən əvvəl yarpaqları ovuclarınızda ovuşduraraq əzə bilərsiniz.


azcookbook.com
Müəllif: Admin | 1-10-2016, 17:42
Baxılıb: 982
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: