» » Qarpız dilimi salatı resepti

Qarpız dilimi salatı resepti

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Qarpız dilimi salatı resepti

Tərkibi:
● Pendir (bərk) - 200 qr.
● Yumurta (toyuq) - 3 ədəd
● Soğan (baş) - 1 ədəd
● Su - 0.5 st.
● Döş əti (toyuq) - 400 qr.

● Pomidor - 2 ədəd
● Mayonez - zövqə görə
● Şəkər tozu - 1 ç.q.
● Xiyar - 2 ədəd
● Sirkə (üzüm) - 2 ç.q.
● Zeytun (qara) - zövqə görə

Hazırlanması:
1) Qabda su, şəkər tozu və sirkəni qatın. Soğanı doğrayın, 10 dəq. həmin marinada qoyun;

2) Toyuq filesini az duzlu suda bişirin. Kub şəklində doğrayın;

3)
Salat üçün boşqaba doğranmış fileni aypara şəklində düzün, bir az mayonez çəkin;

4)
Üzərinə marinad olunmuş soğanı düzün. Ayparanın iç tərəfində bir az məsafə saxlayın, bayır tərəfindən isə soğanı daha çox qoyun, nazik qat mayonez çəkin;

5) Suda bişmiş yumurtanı sürtgəcdən keçirin və soğanın üstündən qoyun, mayonez çəkin;

6) Pendiri sürtgəcdən keçirin, bir hissəsini yumurtanın üzərindən səpin, ayparanın bayır tərəfində bir az boş yer qoyun, sonra pendirin qalan çox hissəsini qalın xəttli aypara şəklində səpin;

7) Pomidoru kub şəklində doğrayın, pendirin nazik qatının üzərinə düzün. Beləcə "qarpız"ın iç hissəsi alınır;

8) Xiyarı sürgəcdən keçirin, suyunu sıxın, "qarpız"ın bayır tərəfindən düzün. Bu isə "qarpız"ın qabığı olacaq;

9) Qara zeytunu nazik doğrayın və pomidorun üzərindən istənilən şəkildə düzün. Bu da "qarpız"ın tumları olacaq.


dadlı.az
Müəllif: Admin | 13-10-2016, 16:11
Baxılıb: 495
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: