» » MİLLİ MƏTBƏX ŞORBASI: DÜŞBƏRƏ - FOTO

MİLLİ MƏTBƏX ŞORBASI: DÜŞBƏRƏ - FOTO

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

  MİLLİ MƏTBƏX ŞORBASI: DÜŞBƏRƏ - FOTO


Bu qədim və möhtəşəm milli yeməyimizi hər xanım bacarmır. Çünki bir qədər çətindir, vaxt aparır. Düşbərədə əsas məharət onu xırda bükməkdir. Yəni elə evdar xanımlar var ki, bir xörək qaşığına 40 düşbərə yerləşdirməsi ilə fəxr edir. Gəlin biz də hazırlayaq, görək bir qaşığa neçəsini sığışdıra bilərik?


  MİLLİ MƏTBƏX ŞORBASI: DÜŞBƏRƏ - FOTO


Ərzaqlar: (4 porsiya üçün)

Xəmir üçün:
Un – 2 st.
Duz – 0,5 ç.q.
Yumurta – 1 ədəd
İlıq su – 2/3 st.

İçlik üçün:

Çəkilmiş ət – 250 qr.
Baş soğan – 1 ədəd (iri)
Duz – 0,5 ç.q.
İstiot – ¼ ç.q.

Bulyonu üçün:

Su – 1,5 – 2 l.
Baş soğan – 1 ədəd
Tomat pastası – 1 x.q.
Duz
Bitki və ya kərə yağı
Keşniş – quru nanə

Hazırlanması:


  MİLLİ MƏTBƏX ŞORBASI: DÜŞBƏRƏ - FOTO


Əvvəlcə xəmir üçün lazım olan ərzaqları qatıb elastiki xəmir yoğururuq. Sonra üstünü örtürük və dincə qoyuruq. Bu vaxt ərzində içliyi hazırlayaq: Çəkilmiş ət, soğan, duz, istiot (zövqə görə keşniş də doğrayıb qata bilərsiz) vurulur, qarışdırılır.

İndi xəmiri açaq. Onu çox nazik, diametri 40 sm. olmaqla yuxayayanın üstündə unlayıb yayırıq. İti bıçaqla 2x2 ölçüdə kublar kəsirik. Hər birinin arasına bir çimdik içlikdən qoyuruq və bükürük.


  MİLLİ MƏTBƏX ŞORBASI: DÜŞBƏRƏ - FOTO


Bulyonu hazırlayaq: əvvəlcə qazanda xırda doğranmış soğanlar qızardılır, üzərinə zövqdən asılı olaraq tomat əlavə edilir, qarışdırılır. Su və duz tökülür, su qaynadısa, o zaman düşbərləri qazana əlavə etməyin vaxtıdır. Təxminən 15-20 dəqiqə qaynayandan sonra yeməyimiz hazır. Onu kasalara, dərin boşqablara çəkirik, üzərinə doğranmış keşniş, quru nanə səpirik. Yanında sirkə, sarımsaq ilə süfrəyə veririk.

Nuş olsun!


  MİLLİ MƏTBƏX ŞORBASI: DÜŞBƏRƏ - FOTO


sufrem.az
Müəllif: Admin | 18-10-2016, 16:20
Baxılıb: 319
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: