» » Milli qayğanaq reseptlərimiz və Ordubadın məşhur ballı qayğanağı - FOTO

Milli qayğanaq reseptlərimiz və Ordubadın məşhur ballı qayğanağı - FOTO

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

 Milli qayğanaq reseptlərimiz və Ordubadın məşhur ballı qayğanağı - FOTO

Siz də fərqli və daha milli qayğanaqlar bişirməyi öyrənin.
Əzizim dur gedək bizə qonaq
Bişirim quymaq və qayğanaq!

 Milli qayğanaq reseptlərimiz və Ordubadın məşhur ballı qayğanağı - FOTO

Milli qayğanaq növləri: nümrü, çalxama, şirin, ballı....

Nümrü qayğanaqda – yumurtanı heç çalmaq da lazım deyil, elə tavanın kənarına vurub, qaynayan yağa salınır, cızhacız bişir. Gərək sarısını tam bişməyə qoymayasan ki, yaxşı həzm olsun.

Çalxama – yumurtanın içinə bir az təzə süd əlavə edib çalxalayırsınız. Bir növ, omlet kimi.

Ağsaq oxlax xörəyi – qaynar qayğanağın üzərinə sarımsaqlı camış qatığı töküb yeyirlər.

Şirin qayğanaq – yumurtanın üzərinə şəkər səpirlər. Quba bölgəsində üzərinə bəkməz də əlavə edirlər. Onda qayğanaq qəhvəyi rəngdə olacaq.

Ballı qayğanaq və Ordubad Çilovu. Bu qayğanağı bişirmək bir dəsgah, həngamədir ki, hər xanım öhdəsindən gələ bilməz.

 Milli qayğanaq reseptlərimiz və Ordubadın məşhur ballı qayğanağı - FOTO

Ballı Ordubad qayğanağının resepti:

12 yumurta, 1 x.q un və 1 x.q su birlikdə çalınıb, tökülür qaynayan kərə yağının içinə. Qızarana qədər bişirilir. Hazır olanda üzərindən deşiklər açılıb, üzərinə daha 0,5 kq ərinmiş kərə yağı tökülür. Yarim litr su ilə 1 bardaq şəkər, 1 fincan bal od üzərində əridilib, qayğanağın üzərinə tökülür.

Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun “Qayğanaq haqqında dastan”ından


 Milli qayğanaq reseptlərimiz və Ordubadın məşhur ballı qayğanağı - FOTO


sufrem.az
Müəllif: Admin | 18-10-2016, 16:41
Baxılıb: 654
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: