Reklam
» » » Vaxtından qabaq menofasilə (menopauza)

Vaxtından qabaq menofasilə (menopauza)

  • Bəyənmədim
  • 0
  • Bəyəndim
loading...

Vaxtından qabaq menofasilə (menopauza)


Statistik məlumatlara görə menofasilə qadınlarda orta hesabla 50 yaşında baş verir. Ancaq bir sıra hallarda menstruasiyanın 38-40 yaşlarında kəsilməsi halları da az deyil.

Bu hal tibdə vaxtından qabaq menofasilə (menopauza) adlanır. Aybaşılar 40-45 yaşlarında kəsilmiş olarsa bu, erkən menofasilə (menopauza) adlanır. Həm vaxtından qabaq, həm də erkən menofasilə əksər hallarda irsi təbiətə malik olurlar. Buna gorə də belə demək olar: əgər anada menofasilə tez baş vermişsə, bu hal onun qızında da belə ola bilər.



Əlbəttə ki, bu, erkən klimaksın yeganə səbəbi deyildir. Keçirilmiş bir sıra ginekoloji cərrahi əməliyyatlar (yumurtalıqların, uşaqlığın xaric edilməsi), güclü və uzunmüddətli streslər, ağır keçən bir çox xəstəliklər, arıqlama və digər buna bənzər hallar klimaksı yaxınlaşdıra bilər. Statistik göstəricilərlə təsdiq edilmişdir ki, siqaret çəkməyə meyli olan qadınlarda da klimaks daha tez baş verir. Tibbi cəhətdən əsaslandırılmadan tutulan kəskin pəhriz rejimləri də erkən klimaksın baş verməsinə şərait və meylilik yaradan daha bir faktordur.

Vaxtından qabaq olan menofasilənin əlamətləri:

- normal və mütəmadi olaraq keçən aybaşı dövrləri, aybaşının gecikməsi ilə keçən tsikllərlə növbələşir; bu zaman gecikmələr bir neçə gündən bir neçə ayadək uzana bilər;

- bəzi qadınlarda isə bunun əksinə olaraq, aybaşı tsikli qısalmış olur; aybaşı zamanı qan itirilməsi xeyli dərəcədə azalır; tsiklin ortasında qanaxma da baş verə bilər.

Bəs belə hallarda nə etmək lazımdır?

Bütün bu əlamətlər müxtəlif ginekoloji xəstəliklərin əlaməti də ola bilər. Bu halda diaqnozu dəqiqləşdirmək üçün həkimə müraciət edərək müvafiq müayinələrdən keçmək lazımdır. Əgər həkim vaxtından qabaq klimaksın olmasından şübhələnmiş olarsa, qanın hormonlara görə (follikulstimullaşdırıcı hormon-FSH, estradiol, qalxanvari vəzinin hormonları, prolaktin və digər) müayinəsini, həmçinin yumurtalıqların həcmini və orada follikulların olmasını və sayını təyin etmək üçün ginekoloji orqanların ultrasəs müayinəsini - USM təyin etmiş olur. Müayinələr nəticəsində alınan göstəricilərə əsasən, həkim vaxtından qabaq və ya erkən klimaks diaqnozunu qoya bilər.

Bəs vaxtından qabaq olan klimaksın qarşısını necə almaq olar?

Bunun üçün aşağıdakılara riayət etmək məsləhət görülür:

- siqaret çəkilməsindən imtina etmək;

- streslər olduğu dövrlərdə müvafiq məsləhət və müalicə üçün həkim-nevropatoloqa müraciət etmək;

- düzgün qidalanma; burada zülallar xüsusi əhəmiyyətə malikdir; məhz zülalların çatışmazlığı reproduktiv sistemə daha pis təsir edir; buna görə də əsasən meyvə-tərəvəzlərlə qidalanmaqla pəhrizə həvəs göstərən qadınlar belə qida rejiminə ağıl və məntiqlə yanaşmalı, qabaqcadan həkimlə məsləhətləşməlidirlər;

- yuxunun kifayət qədər olması; yuxunun gün ərzində 7-8 saatdan az olmaması çox vacib hesab olunur; belə ki, xroniki olaraq az yatmaq, yuxudan doymamaq qadın cinsi hormonlarının istehsalına çox mənfi təsir edərək, qüvvədən düşmüş yumurtalıqlar sindromunun inkişafına gətirib çıxarır;

- fiziki aktivlik; bu, istənilən yaşda olan qadınlar üçün çox vacibdir; ancaq onu da qeyd etmək lazımdır ki, həddindən artıq idmanla məşğul olmaq da qadın orqanizmi üçün xarakterik və vacib olan, onu daha gözəl və təravətli edən zərifliyin itirilməsinə səbəb olur.


saglamolun.az
Müəllif: Admin | 6-11-2016, 09:21
Baxılıb: 812
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
loading...
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: