» » FALQADA BİŞƏN SKUMBRİYA

FALQADA BİŞƏN SKUMBRİYA

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

FALQADA BİŞƏN SKUMBRİYA


Balığı tərəvəzlərlə falqada sobada bişirmək həm asandır, həm də onun dadını, faydasını maksimum saxlayır. Balıq yumşaq və zərif alınır.

Ərzaqlar:

Skumbriya – 1 ədəd
Şampinyonlar – 4 ədəd
Pomidor – 1 ədəd
Soğan – 1 ədəd
Duz, istiot
Mayonez (yağsız) – 3 x. q.
Bitki yağı – 3 x. q.
Limon suyu – 1 ç. q.

Hazırlanması:

Balıq yuyulur, başı kəsilir. Ortadan kəsilib açılır. Daxili təmizlənir, aralıq pərdəsi çıxarılır. Qığırdaq çıxarılır. Və yenidən yaxşıca yuyulur. Duz, istiot vurulur, limon suyu sıxılır. Balığın içinə azca nazik mayonez yaxılır və 10 dəqiqə bir kənara qoyulur.

Bu vaxt ərzində tərəvəzlər hazırlanır: soğan soyulur, göbələk yuyulur. Pomidor halqavari doğranılır. Soğan yarı halqa doğranılır. Göbələklər nazik yastı doğranılır.Soba üçün falqaya bir az bitki yağı çəkilir. Balıq bura qoyulur. Üzərinə tərəvəzlər lay lay yığılır: soğan-göbələk-pomidor. Üzərindən mayonez çəkilir.

Falqanı yaxşıca bükür, soba qabına qoyub, 180 dərəcədə 30 dəqiqə bişirilir. Sonra falqanın üzəri açılır, balığın bişərkən çıxan suyundan balığın üzərinə töküb, falqa açıq halda yenidən sobada 5-6 dəqiqə bişirilir.


FALQADA BİŞƏN SKUMBRİYA


Hazır skumbriya elə falqanın içindəcə boşqaba qoyulub, süfrəyə verilir.


sufrem.az
Müəllif: Admin | 17-11-2016, 18:18
Baxılıb: 353
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: