» » Filləri çox sevənlər üçün: “Filin göz yaşları” tortu

Filləri çox sevənlər üçün: “Filin göz yaşları” tortu

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Filləri çox sevənlər üçün: “Filin göz yaşları” tortu


Fillər də insanlar kimi ağlayır. Heç filin göz yaşlarını görmüsüzmü? Görünür bu o qədər təsirli səhnədir ki, dözməyib ona tort həsr ediblər. Fillərlə bağlı hər şey şirindir. Bu tort isə çox dadlıdır.

Ərzaqlar:

Yumurta – 6 ədəd
Şəkər tozu – 6 x.q.
Un – 3 x.q.
Kakao – 3 x.q.
Soda söndürülmüş – yarım ç.q.

Krem üçün:
Qatılaşdırılmış süd (squşenka) – 1 banka
Kərə yağı – 200 qr.
Banan – 1 ədəd

Hazırlanması:


Filləri çox sevənlər üçün: “Filin göz yaşları” tortu


Yumurtaların ağı sarısından ehtiyatla ayrılır. Sarılar şəkər tozu ilə çalınır, sonra un və kakao qatılıb, mikserlə qarışdırılır. Sonra bura sirkədə sondürükmüş soda qatılır.

Yumurta ağları ayrıca möhkəm çalınır, bir az bərkiyəcək və sarılar olan kütlərə qatılıb qarışdırılır.

Soba üçün formaya bir az kərə yağı çəkilir, xəmir tökülür, yayılır və sobada 180 dərəcədə 40 dəq. bişirilir. Biskvit hündür olmalıdır. Biskvit hələ isti ikən iki qatlayıb birləşdirin və ortasına qalın xəmir yayan oxlovu qoyun. Bu vəziyyətdə soyudun.

Krem üçün kərə yağını ağarana kimi çalın, dayanmadan bura qatılaşdırılmış südü əlavə edin. Tam qarışdırıb, soyuducuda 40 dəqiqə saxlayın.

Tam soyumuş biskvitdən oxlovu çıxarın, boşluğa kremi çəkin. Ortasına isə təmizlənmiş 1 ədəd banan qoyun. Tortun üzərinə də krem çəkin. Çox qeyri-adi tortdur. Kəsilərkən hər dilimdə banan görünəcək.


sufrem.az
Müəllif: Admin | 11-11-2016, 16:49
Baxılıb: 481
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: