» » Cəfəri ilə dəri ləkələrinə son

Cəfəri ilə dəri ləkələrinə son

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Cəfəri ilə dəri ləkələrinə son

Dəri ləkələri geniş olaraq təsadüf edilən və görünüş baxımından problem yaradan hallardan biridir. Bəs dəri ləkələrindən necə qurtulmaq olar?

Dəri ləkələri cinsiyyətdən asılı olmayaraq həm kişi, həm də qadınlarda geniş olaraq təsadüf edilən və görünüş baxımından problem yaradan hallardan biridir. Tez-tez yanaq, alın, çənə bölgələrində görülə bildiyi kimi bədənin digər nahiyələrində də onlara rast gəlinə bilər.

Dəri ləkələrinin yaranma səbəbləri arasında zərərli günəş şüalarına məruz qalmaq, hormonal dəyişikliklər, sistemik xəstəliklər, infeksiya xəstəlikləri, həddindən çox dərman istifadəsi və təssüflər olsun ki, yanlış kosmetika istifadəsi var.

Dəri ləkələri qulluq əsnasında istifadə edilən kimyəvi tərkibli dərman və kremlərin yanlış istifadəsi nəticəsində yaranmaqdadır. Bu səbəblə də ləkələr üçün bədən və dəridə kimyəvi tərkibli məhsullar yerinə hər zaman təbii məhsulları istifadə etməyə diqqət edilməlidir.

Əgər dəri günəş şüalarına məruz qalmışdırsa və ya qulluq vasitələrinin yanlış istifadəsi nəticəsində bədənimizdə dəri ləkələri meydana gəlmişdirsə onda dəri ləkələrinin müalicəsində ilk addım kimyəvi məhsulların istifadəsini dayandırmaq və təbii məhsullara yönəlməkdir.

Bu təbii məhsullar arasında cəfəri ən təsirli təbii dəri təmizləyicilərdən biri hesab olunur.
Hazırlayacağınız cəfəri maskasl ilə dərinizdə yaranan ləkələrdən qurtula bilərsiniz. Hazırlanması da olduqca asan olan bu cəfəri maskası ilə problemlərinizə dəqiq həll tapa bilərsiniz.

Cəfəri maskası resepti:
1. Bir dəstə cəfəri.
2. 2 yemək qaşığı qatıq.

Hazırlanması:

Cəfərini yuduqdan sonra saplaqları ilə birlikdə blenderdən istifadə edərək dorğayın. Yaxşıca xırdalanmış cəfəriyə qatıq əlavə edin. Çox az miqdarda su ilə maskanın duruluğunu tənzimləyərək maskanın krem kimi olmasını təmin edin. İstifadəsi: Dərinizi ilıq su ilə yaxşıca təmizləyin. Hazırlanan qarışımı üzünüzə masaj edərək hopdurun. Bu maska ilə yarım saat gözləyin. Sonra çox az ilıq su ilə dərinizi yaxşıca təmizləyin və qurulayın. Həftədə 1 dəfə olmaqla 2 ay ərzində təkrarlayaraq bu maska sayəsində dəri ləkələrindən qurtula biləcəksiniz.
Müəllif: Admin | 10-11-2016, 09:39
Baxılıb: 678
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: