» » LAHMACUNU TAVADA BİŞİR – 5 dəqiqəyə!

LAHMACUNU TAVADA BİŞİR – 5 dəqiqəyə!

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

LAHMACUNU TAVADA BİŞİR – 5 dəqiqəyə!


Türk mətbəxinə aid ən populyar yeməklərdən biri də lahmacundur. Biz onu müasir resept bilsək də, əslində yaşı 5000 ili ötən, tarixi Qədim babillərə kimi gedib çıxan bir yeməkdir.
Ürəyiniz lahmacun istəyəndə kafelərə üz tutmayın. Onu çox asan qaydada, qısa vaxt ərzində və ən əsası, sağlam şəkildə evdə, öz tavanızda bişirin.

LAHMACUNU TAVADA BİŞİR – 5 dəqiqəyə!

Ərzaqlar: ( 8 ədəd üçün)

Xəmiri üçün:
İlıq su – 1 st.
Zeytun yağı – 2 x.q.
Duz – 1 ç .q.
Şəkər tozu – 1 ç.q.
Maya – 1 ç.q.
Un – 3 st.

Üstü üçün:
Yağlı ət farşı – 200 qr.
Baş soğan – 1 ədəd (rəndələnmiş)
Tomat pastası – 1 x.q.
Acı bibər pastası – 1 ç.q.
Pomidor – 2 ədəd (qabığı soyulub, rəndələnmiş)
Sarımsaq – 2 diş (əzilmiş)
Uzun bibər – 2 ədəd (xırda doğranmış)
Cəfəri – yarım dəstə
Qırmızı toz bibər – 1 ç.q.
Duz


LAHMACUNU TAVADA BİŞİR – 5 dəqiqəyə!

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayırıq: Undan başqa xəmir üçün olan bütün ərzaqları bir qabda qarışdırırıq və üzərinə un əlavə edirik, xəmir yoğururuq, üzərini örtüb, 1 saatlıq dincə qoyuruq.
Xəmir gələnə kimi isə üstünü hazırlayırıq: Üstü üçün olan bütün ərzaqları bir qaba qoyuruq, yaxşıca qarışdırırıq.
Xəmirdən mandarin boyda kündələr kəsirik. Azca un səpilmiş lövhə üzərində kündəni yayırıq. Teflon tavanı odun üzərində isidirik. Açdığımız xəmiri tavaya qoyuruq. Üzərinə 2 x.q. içlik qoyuruq və yayırıq. Tavanın qapağını bağlayıb, 5 dəqiqə bişirik. Xəmirin altının yanmamasına diqqət edirik. Üzərini soğan, cəfəri və limonla servis edib süfrəyə veririk.

Nuş olsun!


LAHMACUNU TAVADA BİŞİR – 5 dəqiqəyə!


sufrem.az
Müəllif: Admin | 13-11-2016, 14:42
Baxılıb: 840
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: