» » ƏN ASAN QƏLYANALTI: SİQAR BÖRƏYİ

ƏN ASAN QƏLYANALTI: SİQAR BÖRƏYİ

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

ƏN ASAN QƏLYANALTI: SİQAR BÖRƏYİ

Evdə olan ərzaqlardan çox tez və asanlıqla hazırlaya biləcəyiniz daha bir qəlyanaltı türk mətbəxindən olan siqaret börəkdir. Xırçıltılı, ləzzətli və tutumludur. Əgər onu hazırlamısınızsa, uşaqlar da, yoldaşınız da doyacaq, əlavə yeməyə ehtiyac yoxdur. Sadəcə bir az çox bişirin, axı “Siqar börək” çox dadlıdır.…

Ərzaqlar: ( 4 nəfər üçün)
Nazik lavaş – 20 dənə
Kəsmik – 2 paket
Şüyüd – bir dəstə
Duz – istiot
Yumurta – 2 ədəd
Zeytun yağı – qızartmaq üçün


ƏN ASAN QƏLYANALTI: SİQAR BÖRƏYİ

Hazırlanması:
İçliyi hazırlayırıq: kəsmiyi bir qaba qoyuruq, üzərinə xırdalanmış şüyüd, yumurta sarısını əlavə edirik. Duz – istiot vururuq və yaxşıca qarışdırırıq.
Lavaşları üçbuçaq formada kəsirik (15x10x10 sm) və içlikdən qoyuruq, siqar formasında bükürük. Lavaşın kənarlarını yumurta ağına batırırıq ki, qızaran zaman açılmasın. Yağda hər iki üzünü qızardırsınız və sonra salfet salınmış boşqaba qoyursunuz ki, yağı çəkilsin. Çox dadlı alınır. Uşaqlar da, böyüklər də bəyənəcək.

Nuş olsun!



sufrem.az
Müəllif: Admin | 12-11-2016, 14:13
Baxılıb: 979
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: