» » Sağlam qida Sağlamlığı və cavanlığı qoruyan SOĞAN QABIĞINDAN MÜALİCƏVİ ÇAY

Sağlam qida Sağlamlığı və cavanlığı qoruyan SOĞAN QABIĞINDAN MÜALİCƏVİ ÇAY

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Sağlam qida  Sağlamlığı və cavanlığı qoruyan SOĞAN QABIĞINDAN MÜALİCƏVİ ÇAY

Soğan insan sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. İltihab, mikrob, virus, hətta xərçəng əleyhinə xüsusiyyətlərə malik olan soğan əsl müalicəvi məhsuldur.
Lakin adətən tulladığımız soğan qabığının da çoxlu faydalı və müalicəvi xüsusiyyətləri var. Soğan qabığı antioksidant və bioflavonoidlərlə olduqca zəngindir. Bu maddələr insan sağlamlığını qoruyur, qocalma proseslərini ləngidir.
Xalq təbabətində soğan qabığı dəmləməsi hipertoniyanın, öskürəyin, iltihabların müalicəsində çox geniş istifadə olunur.
Soğan qabığından çox faydalı müalicəvi çay hazırlayın. 1 orta ölçüdə olan baş soğan yaxşı yuyulur, ən üst qabıqlar soyulur, qalan qabıqlar 1 fincan (100 ml) qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, sonra adi çay kimi içilir. Çayın faydasını artırmaq üçün ona bal əlavə etmək olar.
Bu çayın müalicəvi xüsusiyyətləri arasına:
- immun sistemini möhkəmləndirir
- iltihabları azaldır
- sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik yollarını təmizləyir
- damarları möhkəmləndirir, onları daha elastik edir
- aterosklerozun inkişafının qarşısını alır
- ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır
- damarlarda trombların əmələ gəlməsinin qarşısını alır
- arterial təzyiqi tənzimləyir
- orqanizmdə iltihabları azaldır
- xərçəng əleyhinə təsirə malikdir.
Soğan qabığından çay çox faydalı müalicəvi vasitədir. Bu çayı hər gün 1 fincan olmaqla qəbul etmək olar.





saglamolun.az
Müəllif: Admin | 23-11-2016, 00:27
Baxılıb: 1 305
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: