» » Qonaq otağı dekorasiyasında bu səhvləri etməyin - TÖVSİYƏ

Qonaq otağı dekorasiyasında bu səhvləri etməyin - TÖVSİYƏ

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Qonaq otağı dekorasiyasında bu səhvləri etməyin - TÖVSİYƏ

Qonaq otağı evimizdə ən çox vaxt keçirdiyimiz yerlərdən biridir. Buna görə də qonaq otağı dekorasiyasına xüsusi diqqət göstərmək lazımdır. Qonaq otağı dekorasiyasında ən çox edilən səhvləri bu cür sıralayıb.


Kifayət qədər rəng istifadə etməmək
Minimalist ola bilərsiniz. Lakin rənglərdən istifadə etməmək otağınızın müasir və gözəl görünməsinə deyil, darıxdırıcı və monotonluğa səbəb olacaq. Divarlarınızı rəngarəng boyamaq, mebellərinizi rəngliləri ilə əvəz etmək məcburiyyətində deyilsiniz. Yeganə olaraq lazım olan bir neçə rəngli obyekti bildirməkdir.


Mebel dəstləri
Dəst olaraq satılan mebellərdən uzaq durun. Bunun yerinə bir-birindən fərqli dizaynlı, rənglərdə və ölçülərdə parçaları bir araya gətirin. Doğru qaydada istifadə etsəniz, mükəmməl bir uyğunluq təmin edərsiniz.


Yuxarıdan işıqlandırma
Bura geyinmə otağı deyil. Masa lampalarını və ayaqlı lampaları seçin. Fərqli rənglərdə və ölçülərdə işıqlandırmalar otağınıza istilik qatacaq.


Mebeli divara söykəməyin
Evdəki sahəni geniş etmək istəyirsiniz. Ancaq hər şeyin divara söykənməsi otağınızda rəsmi və darıxdırıcı bir ab-hava yaradır. Divan və kreslolarınızın arxasında göstərmək istəmədiyiniz detallar yoxdursa, onları divara söyləmək məcburiyyətində deyilsiniz. Daha rahat və isti bir mühit yaratmaq üçün oturacaqları bir-birinə yaxınlaşdırın.


Tabloları hündürdən asmaq
Foto və tablolarınızı hündürə asdıqda tavan hündür görünmür, sadəcə boş görünməsinə mane olur. Foto və tabloların görünməsi üçün onları göz xətti bərabərində asın.


Çox kiçik xalçalar
Otağınızın ortasına sərdiyiniz xalı ora mütənasib olmalıdır. Sahəni mümkün qədər dolduran və kresloların altına qədər uzanan xalçalar seçməlisiniz.


İstifadə edilməyən əşyalar
İstifadə etmədiyiniz bütün əşyaları qonaq otağınızdan atın. Yalnız ehtiyacınız olan mebelləri saxlayın və həyat tərzinizə görə dizayn edin.



Aile.lent.az
Müəllif: Admin | 10-12-2016, 18:16
Baxılıb: 510
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: