» » Səhər yeməyində fərqli dad: çörək pizza - RESEPT

Səhər yeməyində fərqli dad: çörək pizza - RESEPT

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Səhər yeməyində fərqli dad: çörək pizza - RESEPT

Səhər yeməyində fərqli dad istəyənlər üçün çörək pizza yaxşı bir seçimdir. Üstəlik boyat çörəklərinizi tullamağa ehtiyac qalmayacaq. Asan hazırlanan çörək pizza reseptini təqdim edirik.

Lazım olan ərzaqlar:
9-10 dilim çörək və ya tost çörəyi
1 ədəd yumurta
Acı bibər
Pomidor
Kolbasa
Sosiska
Zeytun
Holland pendiri

Ərzaqları istəyinizə görə dəyişdirə bilərsiniz.

Sousu üçün:
2 yemək qaşığı zeytun yağı
1/2 yemək qaşığı tomat
2 diş sarımsaq
1 pomidor
1 ədəd qənd
Duz
İstiot
Kəklik otu (istəyə görə)



Hazırlanması:
Sousu üçün əvvəlcə rəndələnilmiş sarımsaqlarla yarım qaşıq tomatı qızdırılmış zeytun yağında qarışdırın. Rəndələnilmiş pomidoru də əlavə etdikdən sonra duz, şəkər, istiot və kəklik otunu qatıb qatılaşana qədər bişirin. Sonra soyumağa qoyun.


Yumurtaları ayrı bir qabda çırpın, pendiri rəndələyin. Digər ərzaqları istədiyiniz şəkildə doğrayın. Çörəklərin üstünə sousu sürtüb ərzaqları üzərinə düzün. Sonra yumurtanı az-az hər çörəyin üstünə tökün. Axırda rəndələnilmiş pendirləri səpin və 180 dərəcəlik sobada təxminən 25-30 dəqiqə bişirin.


Aile.lent.az
Müəllif: Admin | 14-12-2016, 14:27
Baxılıb: 334
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: