» » Quru saçlar kabusunuz olmasın – Evdə çarəsi

Quru saçlar kabusunuz olmasın – Evdə çarəsi

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Quru saçlar kabusunuz olmasın – Evdə çarəsi

Yağlı saçları olanlar quru saçı olanların nələr çəkdiyini bilə bilməz. Cansız, mat, solğun görünən quru saçlar üstəlik sizin enerjinizi də soldurmuş olur. Xüsusilə qış aylarında dəridə rastlanan qabıqlanma, quruma problemi saçlarda da yaşanır. Bunun qarşısını almaq üçün evdə hazırlaya biləcəyiniz təbii formullar təqdim edirik.

Zeytun yağı

İsidilmiş zeytun yağını baş dərinizə və saç tellərinizə sürtərək bir neçə dəqiqə yavaş-yavaş masaj edin. Ardından ilıq bir dəsmalla saçlarınızı sarıyın. Ən az 30 dəqiqə saçlarınızı belə saxlayın. Gecə yatmadan da bunu edib səhərə kimi saçlarınızı belə saxlaya bilərsiniz.

Səhər oyandığınızda saçlarınızı şampunla yuyun.
İsti yağ
Bu üsul uzun illərdir istifadə edilir.

Əgər isti yağla saçlarınızı və dibini ovxalasanız, baş dərinizdə qan dövranı yaxşılaşacaq. Bundan başqa yağ saçınızı kökündən ucuna kimi qidalandıraraq, canlanmasını təmin edəcək.


Avokado maskası

Ərzaqlar:
1 ədəd əzilmiş avokado
1 yumurta ağı
1 yemək qaşığı duru yağ (zeytun, hindqozu, qərənfil və s. yağlardan biri)


Hazırlanması:
1 ədəd avokadonu yaxşıca əzin və püre halına gətirin. İçinə yumurta ağını əlavə edin. Əgər istərsəniz, yağ və qatıq da istifadə edə bilərsiniz. Bunları qarışdırıb krem halına gətirin. Bütün saçınıza çəkib 30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.


Aile.lent.az
Müəllif: Admin | 12-12-2016, 21:27
Baxılıb: 540
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: