Reklam
» » Masada eleqantlıq: Stəkanda salat

Masada eleqantlıq: Stəkanda salat

  • Bəyənmədim
  • 0
  • Bəyəndim
loading...

Masada eleqantlıq: Stəkanda salat

Xatırlayırsınızsa, biz sizə toy və müxtəlif tədbirlərdə dəbə düşən tək nəfərlik Şah plovdan, ləvəngi balıqdan bəhs etmişdik. Belə ki, bir bütöv balığı ortaya qoyub, bölüşdürmək və ya isveç masası kimi tədbirlərdə bunu etmək çox çətindir. İşi daha rahat etmək üçün bir dilim balığa qozlu içlikdən qoyub bişirirlər, bununla da hər kəs ləvəngi dadmış olur.

Masada eleqantlıq: Stəkanda salat

Belə tendensiyalar salatlardan, desertlərdən də yan keçməyib. Bir buludda şuba salatı edirsiniz və onu çoxlu qonaq arasında necə bölüşdürməyi düşünürsünüz, ya da qonaqların hərəsi salatı bir cür bölərək, onun formasını pozurlar. Belə halda ən yaxşı variant salatı stəkanda hazırlayıb, hərənin qarşısına birini qoymaqdır.

Masada eleqantlıq: Stəkanda salat

Stəkanda salat – verrinom adlanır, bu ideya da fransız kulinarlarının ağlına gəlib. Verrinom masada olduqca eleqant və zərif görsənir. Burada əsas şərt stəkanın 200 ml. dən böyük olmamasıdır.

Masada eleqantlıq: Stəkanda salat

Şərt o deyil ki, stəkan salatı mütləq qat-qat olmalıdır. Xeyr. Bir qabda hazırladığınız qarışıq salatları da səliqə ilə stəkanlara yığa, kənarlarını limon dilimləri və ya kahı yarpaqları ilə bəzəyə bilərsiniz.

Masada eleqantlıq: Stəkanda salat

Tezliklə stəkanda hazırlaya biləcəyiniz desert, salat reseptləri təqdim edəcəyik! Bizi izləməyə davam edin!



sufrem.az
Müəllif: Admin | 17-12-2016, 15:20
Baxılıb: 429
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
loading...
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: