Reklam
» » Arıqladan, yağları yandıran bitki çayları - Hər gün için

Arıqladan, yağları yandıran bitki çayları - Hər gün için

  • Bəyənmədim
  • +1
  • Bəyəndim

Arıqladan, yağları yandıran bitki çayları - Hər gün için
Arıqlamaq üçün bir çox yollardan istifadə edilir. Estetik əməliyyatlar, pəhriz siyahıları, mədə kiçiltmə, arıqlama əməliyyatları, arıqladan məhsullar və həblər kimi bir çox variantlar var. Bunların arasından ən çox seçilən bitki mənşəli çaylardır. lent.az bitki mənşəli çayların çəki azaltmasındakı rolunu araşdırıb.

Bitki çayları bitki mənşəli arıqlatma üsulları arasında təbii olması, qida kimi yeyilməsi, əks təsirləri və zərərlərinin çox aşağı olması səbəbindən məşhurdur və daha çox yayılıb. Bitkilər aləmində şəfa verən və çay olaraq içilməsi mümkün olan bir çox bitkilər var. Lakin adət etmədiyimiz üçün onların dadı bizə yaddır. Amma onları içsək, istədiyimiz çəkiyə çata bilərik. Bununla həm büdcə sarsılmaz, həm də heç bir cərrahiyyə əməliyyatı keçirmədən sağlam formada çəki azaltmaq olar.

Bitki çayları maddələr mübadiləsini sürətləndirir. İstər qarın, istərsə də bədənin başqa hissələrində olan yağları əritmək və artıq çəkidən xilas olmaq üçün bitki mənşəli arıqladan çayların istifadəsi daha çox məsləhət görülür.

İlk növbədə gündəlik qəbul etdiyiniz kaloriyə diqqət etməlisiniz. Çünki gündəlik aktivlikdən daha çox aldığınız kalorilər bədəndə yağ kimi yığılır. Bundan başqa, hormonal nizamsızlıq yaşayan və tiroid vəzilərində problem olan insanlar daha çox artıq çəki alır. Bu mövzularda sağlamlıq probleminizin olub-olmadığını öyrənmək üçün həkimə müraciət etməlisiniz.

Arıqlamağa kömək edən bitkilər arasında razyana daha çox üstünlük təşkil edir. Bundan başqa, bibəriyə yağı, küncüt yağı və limon qabığı yağı da yağ yığılmış bölgələrə masaj şəklində çəkilə bilər. Yaşıl çay da maddələr mübadiləsini sürətləndirən təsiriylə arıqladan bitki mənşəli çaylar arasındadır.

Arıqlamaq üçün qərənfil çayı möcüzəsindən də faydalana bilərsiniz. İsti suyun içərisinə 2 ədəd qərənfil atıb bir az saxlayın. Bir qabda qarışdırdığınız 1 çay qaşığı bal və 1 yemək qaşığı alma sirkəsini həmin suya əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra ağzı bağlı olaraq stəkanda ilıq olanadək saxlayın. Bu qarışığı səhər yeməyindən 1 saat əvvəl için və 1 aydan çox olmaması şərtilə hər gün təkrar edə bilərsiniz.

Arıqlamağınıza kömək olacaq bir başqa bitki çayı isə darçın və zəncəfil çayıdır. Bu çayı hazırlamaq üçün ehtiyacınız olan vəsaitlər 1 darçın qabığı, 1 kök zəncəfil, 1 çay qaşığı qara bibər, 1 litr su, 6 ədəd hil, 2 ədəd qərənfil və 1 çay qaşığı baldır. Qara bibər və baldan başqa qalan bütün vəsaitləri bir qabda qarışdırıb 3 dəqiqə qaynadın. Qaynamış qarışımın içinə balı və qara bibəri əlavə edin. Əldə etdiyiniz çayı günorta və axşam gündə 3-4 stəkan içə bilərsiniz.

Zəncəfil çayı, cökə və ada çayı da təklikdə sürətli və sağlam arıqlamağa kömək edən bitki çaylarıdır. Bu bitki çayları sayəsində bədəninizdə yığılan toksindən azad ola bilərsiniz. Tətbiq etdiyiniz pəhriz proqramlarına bitki mənşəli arıqladan çayları da əlavə etsəniz, daha sürətli və qalıcı arıqlamağa nail ola bilərsiniz.

Limon otu çayını da arıqlamaq üçün istifadə edə bilərsiniz. Tərkibində olan A vitamini sayəsində həm dərini gözəlləşdirən, həm də yağ yandırmanı asanlaşdıran limon otu çayı asan tapılan bitkidir. Bir qaba 2 çay qaşığı limon otu atın, qaynadıqdan sonra çay kimi için. Üzərinə 1 çay qaşığı nanə də əlavə edə bilərsiniz.



Day.az
Müəllif: Admin | 19-12-2016, 21:07
Baxılıb: 602
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: