» » Mədədəki köpü azaldan 7 QİDA

Mədədəki köpü azaldan 7 QİDA

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Mədədəki köpü azaldan 7 QİDA


İnsanların çoxu qarnının hər zaman şiş görünüşündən şikayət edir və bundan narahat olur, özünü diskomfort hiss edir. Lakin qidalanmanızda bəzi meyvə və tərəvəzlərə yer versəniz, mədədəki köpü azalda bilərsiniz. Aile.lent.az köpü aradan qaldıran bəzi qidalar haqqında məlumat verir.

Ananas
85 faizi su tərkibli olan ananas içərisindəki bromelain deyilən ferment vasitəsilə protein istehsal edir, həzmi asanlaşdırır və bəzi mədə narahatlıqlarına qarşı təbii dərman vasitəsi kimi təsir göstərir.


Xiyar
Qida dəyəri aşağı olsa da, xiyar təbii sidik qovucu kimi sidik səviyyəsini artırır və bədəndən toksinlərin atılmasına kömək olur. Bundan başqa, xiyar kükürd və silikon baxımından zəngindir, urik turşusunun böyrəklərdən atılmasına təsir edir. Aşağı səviyyəli natrium və kalori baxımından da pəhrizlərin ayrılmaz hissəsidir.

Cəfəri
Cəfəri qaz şikayətlərinə qarşı yaxşı tərəvəzdir. Köp yaradan qidaları bişirən zaman içərisinə cəfəri qatın.


Zəncəfil
Zəncəfil mədə bulanması və şişkinliyinə qarşı yaxşı təsirə malikdir. Qədim yunanlar həmz sisteminə kömək etdiyi üçün yeməkdən sonra zəncəfil yeyərmişlər. Tez təsir etməsini istəyirsinizsə zəncəfili təzə formada yeyə bilərsiniz.


Razyana
Razyana həzm sistemindəki əzələləri yumşaldır və qazın sıxılıb qalmasının qarşısını alır. Yemək bişirən zaman üzərinə razyana tökə və çaya əlavə edə bilərsiniz.

Bibəriyə
Bibəriyə qaz şikayətlərinə yaxşı təsir edir və həzmi asanlaşdırır. Bir stəkan isti suya limon sıxın və bibəriyə əlavə edin. Bundan başqa, kartof və ət bişirən zaman qata bilərsiniz.

Nanə
Araşdırmalar sübut edib ki, nanə bağırsaqları rahatladır. Bir fincan isti nanə çayı bağırsaqlara yaxşı təsir edir.



aile.lent.az
Müəllif: Admin | 20-12-2016, 22:38
Baxılıb: 570
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: