» » Pendirin xarab olmasını istəmirsinizsə, belə saxlayın - QAYDA

Pendirin xarab olmasını istəmirsinizsə, belə saxlayın - QAYDA

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Pendirin xarab olmasını istəmirsinizsə, belə saxlayın - QAYDA
Mütəxəssislər bildirir ki, pendirin ləzzətini və qida dəyərini itirmədən saxlanması alındığı ilk gündən başlayır. Hər pendirin saxlanma şərtləri fərqlidir. Pendir mütləq +2/4 C-də, işıqsız mühitdə soyuducuda saxlanmalıdır.

Kalsium, protein, A, B, D, E vitaminləri baxımından zəngin qida qaynağı olan pendiri düzgün şərtlər altında saxlamaq vitamin və qida dəyəri baxımından önəmlidir. Aile.lent.az pendirin hansı şərtlər altında saxlanması haqda maraqlı məlumatlarla sizi də tanış edir.

Mütəxəssislər pendiri alan zaman ilk növbədə son qidalanma tarixinə diqqət etməyi tapşırır. Son qidalanma tarixi keçmiş heç bir qidanı yemək olmaz. Əgər alacağınız pendirin qidalanma tarixi yaxın vaxtlardırsa, onu almaq fikrindən daşının. Çünki alan kimi yeməyəcəksiniz və son qidalanma tarixi yaxınlaşan məhsulları uzun müddət saxlamaq mümkün olmur. Qablaşdırılmasına fikir verin. Cızılmış, əzilmiş, korlanmış və ya deformasiyaya uğramış qablaşmadakı məhsulları almayın. Pendirin rənginin dəyişib-dəyişməməsinə fikir verin.


Soyuducuda saxlayın

Pendir tez bir zamanda yeyilməyəcəksə, öz qabında soyuducuda saxlanmalıdır. Qabından çıxarıldıqdan sonra mütləq başqa qabda saxlanmalı və qablaşdırılma vasitələrinə bükülərək qorunmalıdır. Əks təqdirdə pendir nəmini itirər, ətri və ləzzəti azalar. Otaq temperaturunda, süfrədə, piştaxtada saxlanılan pendir qablaşdırılmış pendirin içərisinə qatılmamalıdır. Başqa bir qapalı qabda duzlu su əlavə edilərək saxlanmalıdır.

Ağ pendiri öz suyunda saxlayın

Ağ pendir qablaşdırılması açıldıqdan sonra içməli suyla duz qatılaraq hazırlanmış mayenin içərisində saxlanmalıdır. Bu, pendirin uzun müddət qida dəyəri və ləzzətini itirməmək üçün ən yaxşı vasitədir. Beləliklə, pendirin özünü daha yaxşı tutma müddəti də yaxşılaşacaqdır. Pendir və pendir növləri oksigendən uzaq saxlanmalıdır. Ağ pendiri doğrayan zaman bıçağı islatsanız, daha yaxşı dilimlənəcək. Qızardılmış pendirlər yeyilməzdən əvvəl 15-20 dəqiqə suda saxlanılarsa, tərkibindəki duz sovrular və həqiqi dadı ortaya çıxar. Ağ pendirdən başqa digər pendirlər yuyulmamalıdır. Su ilə təmas pendirin ləzzət və qoxusunun itməsinə səbəb olar. Pendir dondurucuda və otaq temperaturunda saxlanmamalıdır.


Holland pendiri isə dilimlərə bölünmədən saxlanmalıdır. Ehtiyacınız olan qədər kəsdikdən sonra pendiri öz qabında mühafizə etməniz məsləhətdir. Beləliklə, məhsul su itirmədən qurumayacaq və pendirin qalan hissəsi xarab olmayacaq.




aile.lent.az
Müəllif: Admin | 30-12-2016, 00:15
Baxılıb: 2 366
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: