» » Diyetik lahmacun belə bişirilir - RESEPT

Diyetik lahmacun belə bişirilir - RESEPT

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Diyetik lahmacun belə bişirilir - RESEPT

Pəhriz saxlayarkən lahmacundan imtina edə bilməyənlər var yəqin ki. Onları nəzərə alaraq, Diyetik lahmacun reseptini təqdim edirik.


Xəmiri üçün lazım olan ərzaqlar:
3 stəkan pəhriz unu
1/2 paket yaş maya
Duz
Su

İçlik üçün:
100 qr qıyma
2 soğan
1 dəstə doğranmış cəfəri
2 pomidor
3 bibər
Duz, pul bibər, kəklik otu
Zeytun yağı



Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayın. Unu dərin bir qabın içinə tökün. Düz ortasına yaş mayanı qoyun. Sonra ilıq su tökərək mayanı əridin. Duzunu da səpərək yumşaq xəmir halına gələnə qədər yoğurun.

İçliyin hazırlanması üçün də pomidor, soğan və bibəri blenderla xırda doğrayın. Bıçaqla doğradığınız cəfərini də içliyə əlavə edin. Sonda qıymanı, ədviyyatları və zeytun yağını əlavə edib yaxşıca qarışdırın.

Xəmir gələndən sonra bərabər ölçülü kündələrə ayırın və oxlovla yayın. Lavaşın üzərinə hazırladığınız içlikdən səpin.

180 dərəcədə isidilən sobada xəmiri və içliyi hazır olana qədər bişirin.

Yanında ayranla servis edə bilərsiniz.


Nuş olsun!



Aile.lent.az
Müəllif: Admin | 31-12-2016, 02:27
Baxılıb: 259
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: