» » ŞUBA LAVAŞA BÜRÜNƏRSƏ

ŞUBA LAVAŞA BÜRÜNƏRSƏ

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

ŞUBA LAVAŞA BÜRÜNƏRSƏ
Şuba salatını çoxumuz sevirik. O tort kimi lay lay yığılır. Indi isə onu piknikə, işə aparmaq və daha rahat yemək üçün lavaş arası edə bilərsiz. Etiraf edək ki, maraqlı ideyadır. Əsas odur Şuba olsun, istər lavaşda, istər boşqabda.

Ərzaqlar:

Lavaş (böyük) – 4 ədəd
Kök – 3 ədəd
Kartof – 4 ədəd
Çuğundur – 2 ədəd
Seledka (siyənək balığı) – 2 ədəd
Qırmızı soğan – 1 baş
Mayonez – 50 qr.
Duz istiot

Hazırlanması:

Tərəvəzlər suda bişirilir, soyudulur, sürtgəcin iri gözündən keçirilir. Soğan yarım halqavari nazik doğranılır. Hisə verilmiş hazır seledka iki bölünür, sümükdən, tıxdan təmizlənir.
Böyük lavaş 2 yerə bölünür: əvvəlcə balıq tikəsi qoyulur, üzərindən kök, sonra kartof, duz-istiot səpilir, sonra azca soğan, üst qat çuğundur. Bu dəfə hər laya mayonez gərək deyil. Sadəcə sonda bolluca mayonez yaxırıq. Və lavaş ehtiyatla rulet kimi bükülür. 20 dəqiqəlik soyuducuda saxlanılır ki, özünü yaxşı tutsun.
Süfrəyə verəndə lavaş çox iti bıçaqla hissələrə bölünür.



sufrem.az
Müəllif: Admin | 1-01-2017, 14:49
Baxılıb: 299
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: