» » HEÇ VAXT DƏBDƏN DÜŞMƏYƏN QUŞ SÜDÜ TORTU

HEÇ VAXT DƏBDƏN DÜŞMƏYƏN QUŞ SÜDÜ TORTU

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

HEÇ VAXT DƏBDƏN DÜŞMƏYƏN QUŞ SÜDÜ TORTU
Ərzaqlar:

Biskvit üçün:
Yumurta - 6 ədəd
Şəkər tozu – 130 qr.
Vanil – 20 qr.
Un – 160 qr.

İslatmaq üçün:
Su – 50 ml.
Şəkər tozu – 40 qr.
Vanil – 10 qr.

Sufle üçün:
Yumurta ağı – 3 ədəd
Şəkər – 550 qr.
Vanil – 30 qr.
Aqar-aqar – 6 qr.
Yumşaq kərə yağı – 300 qr.
Qatılaşdırılmış süd (bişmiş) – 150 qr.

Qlazur üçün:
Tünd şokolad – 180 qr.
Kərə yağı – 110 qr

Dekor:
İstənilən təzə meyvə

HEÇ VAXT DƏBDƏN DÜŞMƏYƏN QUŞ SÜDÜ TORTU

Hazırlanması:

1 Sobanı 180 dərəcə qızdırın. Yumurtaları şəkər tozu və vanillə birgə krem halına gələnə kimi mikserdə 8-10 dəqiqə çalın. Ələnmiş unu əlavə edib, xəmir hazırlayın. Kalqa salınmış formanın içinə biskviti nazik yayıb, 12 dəqiqə bişirin.

2 Sirop üçün: ayrıca qabda adi qaynanmış ilıq suyu vanil və şəkər tozu ilə qatıb, orta odda qaynar hala düşənə kimi qarışdırır, qaynayandan 1 dəqiqə sonra odun üzərindən götürüb soyudun.

3 Biskviti soyudub, ondan istədiyiniz formaya uyğun dairə və ya kvadrat disklər kəsin. Formanın içinə birinci layı qoyub, siropla isladın.

4 Sufle üçün: aqar-aqarı (mağazalarda satılır) 2 saat əvvəldən 200 ml. suda islağa qoyursuz. Sonra onu orta odda qarışdıraraq qaynar hala gətirirsiz. 1 dəqiqə qaynadıqdan sonra şəkər tozunu səpib, yaxşıca həll edirsiz. Orta odda daha 1 dəqiqə saxlayıb, götürür və azca soyudursuz.

5 Yumşaldılmış kərə yağını qatışlaşdırılmış südlə mikserdə çalıb kənara qoyun. Yumurta ağlarını ayrıca qabda yumşalana kimi çalın və nazik şırnaq kimi müntəzəm şəkərli siropu əlavə edə-edə qatı bərabər kütlə alınana kimi qarışdırın. Mikserin sürətini azaldıb, bura qatılaşdırılmış südlü kərə yağını əlavə edib, azca qarışdırın.

6 Alınmış bu kütləni formadakı biskvitin üzərinə yayıb, ikinci biskvit diskini qoyun, onu da siropla isladıb, qalan sufleni da üzərinə yayıb, tortu soyuducuya qoyun.

7 Qlazur hazırlayın: su hamamında tünd şokoladı kərə yağı ilə əridib həll edin. Bir azca soyudub tortun üzərinə tökün. Zövqə görə tortun üzərini meyvə və ya giləmeyvələrlə bəzəyə bilərsiz

Nuş olsun!


HEÇ VAXT DƏBDƏN DÜŞMƏYƏN QUŞ SÜDÜ TORTU




sufrem.az
Müəllif: Admin | 3-01-2017, 12:15
Baxılıb: 1 989
    
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: