Reklam
» » Ekler tortu - FOTO

Ekler tortu - FOTO

  • Bəyənmədim
  • 0
  • Bəyəndim
loading...

Ekler tortu - FOTO

Tərkibi (6 pay):

115 q kərə yağı
1 st. su
1 st. un
4 iri yumurta

şokoladlı lay:
55 q tünd şokolad
2 x.q. kərə yağı
1 ç.q. vanil ekstraktı
1 st. şəkər pudrası
3 x.q. qaynar su

krem:
4 st. süd
225 q yumşaldılmış kərə yağı
2 iri qutu (hərəsi 145 q) vanilli pudinq (yaxud 3 ədəd 95-100 q-lıq)

üzərinə:
225 q qaymaqlı pendir
şokolad siropu, yaxud əridilmiş şokolad

Sobanı 200 dərəcə qızdırın.

Xəmir: iri qazanda yağla suyu qaynadın, unu əlavə edıb qarışdırın (eyni zamanda ocağı azaldın), kütlə qazanın dibindən aralananadək qarışdırmağa davam edin, sonra ocaqdan götürüb xəmiri başqa qaba qoyun. Yumurtaları bir-bir əlavə edin, hər dəfə də yaxşıca qarışdırın. Eynicinsli xəmir alınmalıdır.
Xəmiri 22x33 sm-lik formaya yayın (formanı yağlamaq lazım deyil). 200 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Tam soyudun.

Şokoladlı lay:
şokoladı yağla birlikdə 1 dəqiqə müddətində mikrodalğalı sobada əridin, qarışdırın. Sonra 20 saniyəlik intervalla eynicinsli kütlə alınanadək bir neçə dəfə qızdırın. Eynicinsli kütlə alınanda vanil əlavə edin. (Mikrodalğalı soba yoxdursa, proseduru "su hamamı"nda edə bilərsiniz). Şəkər pudrasını ələyin, onu şokoladlı kütləyə əlavə edin. Qarışdıraraq su əlavə edin (mümkündür ki, daha az su gərək olsun). Eynicinsli pasta halına gələndə soyumuş korjun üzərinə çəkin.

Krem: 4 stəkan südə 2 paket pudinqi qatın, qarışdırın, ocağın üzərinə qoyun. Qarışdıraraq qaynara düşməsini gözləyin. Qaynara düşəndən sonra qarışdırmağı dayandırmadan daha iki dəqiqə qaynadın. Ocaqdan götürüb bir qədər soyudun. Yağı qabarınca çalın, tədricən pudinqi də əlavə edin. Şokolad layının üzərinə çəkin.

Çalınmış qaymaqlı pendiri üzərinə çəkin, şokolad siropu, yaxud əridilmiş şokoladla bəzəyin. Şokoladla xətlər çəkin, sonra diş çöpünü aşağı-yuxarı hərəkət etdirərək naxış çəkin. Süfrəyə verənədək bir neçə saat soyuducuda saxlayın.

Nuş olsun!

Ekler tortu - FOTO
Ekler tortu - FOTO
Ekler tortu - FOTO

Ekler tortu - FOTO
Ekler tortu - FOTO

milli.az
Müəllif: Admin | 2-01-2017, 21:37
Baxılıb: 303
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
loading...
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: