» » Evinizdə mütləq 72 %-lik sabun saxlayın – Faydalı məsləhətlər

Evinizdə mütləq 72 %-lik sabun saxlayın – Faydalı məsləhətlər

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

Evinizdə mütləq 72 %-lik sabun saxlayın – Faydalı məsləhətlər
Baxımlı olmağı sevən hər bir qadının evində 72%-lik məişət sabunu mütləq olmalıdır. Ancaq bu sabun sadəcə paltar və ya saç yumaq üçün istifadə edilmir. Əgər evinizdə bu sabundan yoxdursa, dərhal alın. Qiyməti də ucuz olan bu sabunla çox şeyə nail ola bilərsiniz. B72%-lik sabunun fərqli istifadə qaydalarını təqdim edirik.

– Saçlarınızın uzanmasını, kəpəkdən canınızın qurtulmasını istəyirsinizsə, bu sabundan başqa heç nə sizə yaxşı kömək etməyəcək. İlk əvvəl saçlarınızı şampunla yuyun. Sonra bu sabunla saçlarınızı yuyub bir neçə damcı sirkə qatılmış su ilə yaxalayın. Daha çox yağlı saçlar üçün uyğundur.

Epilyasiyadan sonra həssas dərinin qıcıqlanmaması üçün lazım olan bölgəni bu sabun köpüyü ilə yuyun.

– Həftədə iki dəfə üzünüzü bu sabunla yuyun. Dəriniz cavanlaşacaq. Ancaq sonra uşaq kremi çəkməyi unutmayın. Effekti inanılmazdır.

72%-lik sabunun köpüyu və ağcaqayın budaqları qarışdırılmış buxar vannasında çimmək dərini çox yaxşı təmizləyir.

– 72%-lik sabun rinit, soyuqdəymədən qoruyur. İlk etaplarında bu sabunu suda həll edin, pambığı batırıb burnunuzun uclarını silin. Burun dəliklərini və burun ətrafı nahiyələri məişət sabunu ilə tez-tez yusanız, mikroblar ölər və tez sağalarsınız.

– Göbələk xəstəliyinin sağalmasına yardım edir. Sabuna batırılmış fırça ilə həmin bölgəni yuyun, sonra yodlayın.

– Gecə yatarkən diş fırçasını sabunlu suda saxlayın. Bu üsulla dezinfeksiya etmiş olarsınız.

– Şişkinlik və qançırlar üçün sabunu suda həll edib həmin bölgəni silin. Gündə bir neçə dəfə təkrarlayın.

– Əgər əlinizdə kəsik və ya cızıq varsa, o hissəni məişət sabunu ilə sürtün. Onda yaraya infeksiya düşməz və sağalma prosesi sürətlənər.

– Çibandan xilas olmaq üçün 1 ədəd sürtgəcdən keçirilmiş soğan, sabun və şəkər tozunu qarışdırın. Bu qarışımı çibanın üzərinə qoyub sarıyın.

– Çatlamış dabanlar üçün 2 litr isti su, 1 çay qaşığı soda və 1 stəkan sürtgəcdən keçirilmiş sabunu qarışdırıb istifadə edə bilərsiniz.

– Günəş yanması zamanı göynəmə və qabığa qarşı 72%-lik sabun müsbət təsir edəcək.

– Göyərmiş nahiyəyə buz qoymaqdansa, məişət sabunu sürtməniz daha məqsədəuyğundur. Bu sabun zərbədən əmələ gəlmiş şişkinliyi və göyərməni aradan qaldırır.





Biz Aile.lent.az
Müəllif: Admin | 8-01-2017, 10:07
Baxılıb: 364
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: