» » MƏTBƏXİN ƏN ÇİRKLİ ƏŞYASI

MƏTBƏXİN ƏN ÇİRKLİ ƏŞYASI

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

MƏTBƏXİN ƏN ÇİRKLİ ƏŞYASI
Hamımızın evində taxta qaşıqlar, çəngəllər, doğrama lövhələri və s. var. Amma əksəriyyətimiz belə əşyaları adi qaydada süngərlə yuyur və uzün müddət istifadə edirik. Bununla da onun təmiz və istifadəyə yararlı olduğunu düşünürük.
Sən demə, uzun illər istifadə edilən taxta qaşıqlar xəstəlik mənbəyidir. Belə ki, azca kənarı qopubsa, o hissə mikrob toplayacaq deyə, həmin qaşıq və ya çəngəli atmaq lazımdır. Ümumiyyətlə, taxta mətbəx əşyalarını tez-tez (ildə 2-3 dəfə) dəyişmək tövsiyə edilir. Amma keyfiyyətli əşyalar seçilərsə, onlara düzgün qulluq olunarsa, ömürləri bir qədər də uzanmış olacaq.

MƏTBƏXİN ƏN ÇİRKLİ ƏŞYASI

İsti keçirməyən, rahat qarışdıran, xanımların çox sevimli taxta qaşıqların ömrünün uzun olması üçün onları düzgün seçmək lazımdır: alış-veriş edən zaman bərk ağacdan hazırlanan taxta mətbəx əşyalarını seçin. Onlar şam ağacı və digər iynəyarpaqlı ağacdan hazırlanmış məhsullarla müqayisədə daha uzunömürlü olur. Əgər özünüz seçə bilmirsinizsə, o zaman satıcı ilə məsləhətləşin.
İstifadə edən kimi dərhal yuyun, bunun üçün yumşaq süngər və qab şampunu kifayətdir. Dəmir süngərlərdən istifadə etməyin! Həftədə, ən geci ayda 1 dəfə isə taxta mətbəx əşyalarını limon şirəsi ilə silməyiniz tövsiyə edilir. Limon şirəsi həm mikrobları öldürür, həm də belə əşyalara təzəlik bəxş edir. Və ya çay sodasını süngərin üzərinə töküb, taxta qaşıq və çəngəlləri bu üsulla da təmizləyə bilərsiniz.

MƏTBƏXİN ƏN ÇİRKLİ ƏŞYASI

Onları yuyandan sonra yaxşıca qurulamaq lazımdır. Qaşıq qabına da şaquli vəziyyətdə qoymaq məsləhətdir ki, biz onu götürüb istifadə edənə kimi tam qurusun. Qurumamış işlətməyiniz məsləhət deyil.



sufrem.az
Müəllif: Admin | 10-01-2017, 11:28
Baxılıb: 565
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: