Reklam
» » DİQQƏT: İt sizə hücum edərsə, belə davranın

DİQQƏT: İt sizə hücum edərsə, belə davranın

  • Bəyənmədim
  • 0
  • Bəyəndim

DİQQƏT: İt sizə hücum edərsə, belə davranın
Əgər bir it aqressiv davranırsa, ya insanlardan zərər görüb, ya da xəstəliyi var. Aqressiv itlə qarşılaşdığımızda hücum edəcək deyə çoxumuz qorxub qaçırıq. Amma qaçmaq da doğru deyil. Aqressiv itlə qarşılaşdığınızda necə davranmalı olduğunuzu təqdim edir. Bunlara diqqət etsəniz, sizə zərər verməyəcək.

Təşvişə düşməyin
İt və digər heyvanlar qorxunu hiss edir. Sizə doğru hürən, hücum edən bir iti görəndə çətin də olsa, sakitləşməyə çalışın. Əgər qışqırıb əl-qol atsanız, yaxud da qaçmağa başlasanız, it sizi ov kimi görəcək və sizə hücum edəcək.

Yavaşlayın
Qaçarkən aqressiv bir itlə qarşılaşmısınızsa, addımlarınızı yavaşladın. İtin bir yanından yavaş-yavaş gedərək bir gözünüzlə də ona nəzarət edin. Dik şəkildə durmaq itin sizə diqqətini dağıdacaq.

Göz təması qurmayın
İtin gözünün içinə baxmaq onu daha da özündən çıxarar.

Başını qatın
Hər hansı bir əşya ilə itin başını qata bilərsiniz. Yanınızda yeməli bir şey olarsa, əla. Amma bir şey yoxdursa, ayaqqabı, bel çantası, plastik şüşə kimi dişləniləcək bir şeylər verə bilərsiniz.

Getməsini istəyin
Əgər it aqressiv davranmağa davam edərsə, göz təmasından uzaqlaşın. Getməsi üçün istiqamət verin. Səs tonunuza diqqət edin, güclü və özünüzdən əmin görünün. Çox kobud, şiddətli səslərdən xoşları gəlmir.

“Geri çəkil, get” deyə bilərsiniz. Sərt səs tonunda deyil, sakit bir şəkildə bu tapşırığı versəniz, it bunu anlaya biləcək.





Aile.lent.az
Müəllif: Admin | 11-01-2017, 16:06
Baxılıb: 392
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
Reklam
[related-news]

Oxşar xəbərlər

{related-news}
[/related-news]
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: