Reklam
» » Böyrəklərin təbii yolla müalicəsi - Özünüzü bu üsulla sağaldın

Böyrəklərin təbii yolla müalicəsi - Özünüzü bu üsulla sağaldın

  • Bəyənmədim
  • 0
  • Bəyəndim
loading...

Böyrəklərin təbii yolla müalicəsi - Özünüzü bu üsulla sağaldın

Böyrəklər - elə bir nadir orqandır ki, bir sutka ərzində 200 litr qan özündən keçirərək təmizləyir. Bununla bərabər onlar çox həssasdırlar - keyfiyyətsiz içməli su, ziyanlı qidalar, müxtəlif xəstəliklər onlardan təsirsiz ötüşmür. Bəli ümumiyyətlə daxili orqanların istənilən xəstəlikləri, iltihabi və ya infeksiyalı olmasından asılı olmayaraq, böyrəklərə mənfi təsir göstərirlər. Buna görə də qan dövranı ilə bu qoşa orqana dərman preparatları və xəstəliktörədən mikroorqanizmlər də düşür. Heç şübhəsiz böyrəklərə belə aqressiv təsirlər olunduqda, onda pataloji dəyişkənliklər əmələ gəlir - piolonefrit, qlomerulonefrit, çistit, sidik daşı xəstəlikləri. Ənənəvi tibb və xalq təbibləri böyrəklərdə əmələ gələn hər hansı çatışmamazlığı aradan götürmək üçün bitki müalicəsinə üstünlük verməyi məsləhət bilirlər. Çünki fitoterapiya zamanı böyrəklər yüklənmir, əksinə o bərpa olunur, onların funksiyası qaydasına düşür.

Böyrəklərin təmizlənməsi və sağaldılması üçün otlar

Uroloqlar əmindirlər ki, adi kəmərlə gələn sularda böyrəklərdə qum və daş əmələ gəlməsinə səbəb olan çoxlu sulfatlar, nitratlar və xloridlər həll olmuş şəkildə mövcuddur. Ona görə də orqanizmin "baş süzgəci"ni dövri olaraq xarici çirklənmələrdən mühafizə etmək lazımdır və bu işdə ən effektli vasitə dərman bitkiləridir.

Diqqət: yalnız bitki qarışıqları böyrəkləri əla yuyur və farmakoloji preparatlardan fərqli olaraq oqanizmə lazım olan kalsiumun bədəndən çıxmasına səbəb olmurlar.

Böyrəkləri təmizləmək üçün yemək zamanı balqabaq, xiyar, yemiş, qarpizdan istifadə etmək lazımdır. Əyər təzə meyvə - tərəvəz mövsümü deyilsə, onda kətan toxumu,üçrəngli bənövşə,quşəppəyi, ayıüzümü və gəndəlaş çiçəyi həlimindən istifadə etmək olar. Bu bitkilər sidikqovucu təsir göstərir, amma bir anı unutmaq olmaz ki, əgər arterial təzyiqin yüksək olmasına meyllilik varsa, o zaman həlimə şirquyruğu otu əlavə etmək yaxşı məsləhətdir.
Böyrəklərin sağlamlığını bərpa etmək üçün, ədviyyatlardan cəfəri və kərəvizi sadəcə yeməyə əlavə etmək və ya ayrıca istifadə etmək olar. Bu məqsədlə həmçinin ardıc meyvələrindən istifadə etmək olar, bunun üçün yaxşı olar ki, quru meyvələri narın hala salıb paraşok şəklində yeməkdən 15 dəqiqə əvvəl su ilə qəbul edilsin. Bu tədbirlər görülərsə böyrəklər ona daxil olan qanın təmizlənməsi işinin öhdəsindən tam gələ bilər.

Böyrəklərdə olan soyuqdəymənin aradan götürülməsi

Adətən həkimlər böyrəklərdə pielonefrit adlanan iltihabi xəstəliyə diaqnoz verirlər, hansı ki, zaman keçdikcə böyrək çatışmamazlığına və hipertoniya xəstəliyinə gətirib çıxarır. Birinci növbədə pielonefritin müalicəsində ilk addım orqanizmdə olan artıq mayenin kənarlaşdırılmasıdır. Buna görə məqsədəuyğundur ki, qatırquyruğu və ayıüzümü həlimindən istifadə olunsun. Şişlərdən qaçmaq üçün isə yulaf cövhər qəbul etmək lazımdır.
Böyrəklərdə iltihabi proses həmişə sistitlə- sidik kisəsinin xəstəliyi ilə əlaqədardır. Necə olmuş olsa da böyrəklərdən kisəyə ziyanlı mikroorqanizmlər düşür. Ona görə belə hallarda orqanizmə mütləq geniş həcmdə kömək lazımdır. Məsləhət görülür ağcaqayın qönçələri, ayıüzümü və boymadərən(qanotu) həlimi.

Diqqət: sidik kisəsinin iltihabında orqanizmi bitki həliminin ağır dozası ilə yükləmək lazımdır. Buna görə məhsulu hazırlamaq üçün 1 litr qaynadılmış suya 5 mətbəx qaşığı proporsiya nəzərə almaqla həlim qatmaq və bu məhlulu gün ərzində içib qurtarmaq lazımdır.

Böyrəklərin daşlardan təmizlənməsi

Əlbəttə bitki müalicəsi böyrəklərdən daşların çıxarılmasına effektli kömək edə bilməz. Bunun üçün mütəxəssislərin nəzarəti altında ciddi müzlicə olunmaq lazımdır. Amma proses qum əmələ gəlmə ilə yeni başlayıbsa və ya daşlar hələ çox kiçikdirsə, onda fitoterapiya daşəmələgəlmə prosesinin qarşısını tam dayandıra bilər.

İlk növbədə bilmək lazımdır ki, böyrəklərdə hansı daşlar formalaşa bilər:
Uratlar - bu zaman süd - tərəvəz dietası lazımdır;
Fosfatlar - ət dietası mütləqdir

Əgər böyrəklərdə qum varsa, o zaman sidikqovucu həlimlərdən istifadə etmək lazımdır (ayıüzümü, ağcaqayın qönçələri) - bu sidiyin mütəmadi çıxışına səbəb olacaq və böyrək dürğunluğunun qarşısını alacaq.

Böyrəkdaşı xəstəliyində yerkökü toxumlarından hazırlanmış cövhər, itburnu meyvələrindən hazırlanmış həlim, yabanı çiyələk yarpaqları və mərcangilə cövhəri cox xeyir verir. Belə ki, xəstəliyin şiddətli dövründə həlim məhlul şəklində daha yaxşı qəbul edilir. Bunun üçün 1 litr suya 5 mətbəx qaşığı həcmində bitki komponenti əlavə edilir. Remissiya - sakitləşmş dövründə isə bu azaldılaraq 2 qaşığa endirilir.
Diqqət: böyrək sancısında itburnu meyvələrindən, yabanı çiyələk yarpaqları və mərcangilədən hazırlanmış həlim ilə vanna etmək də xeyirlidir. Bunun üçün hər 10 litr suya yarım litr həlim məhlulu qatılır.

Böyrək otlarından necə istifadə etməli

Bütün həlimlər və cövhərlər 12 aydan çox olmayaraq istifadə edilir.

Hər otlar qrupu ilə müalicə 3 həftə müddətində aparılır. Sonra müalicə digər bitkilər qrupu ilə əvəz olunaraq aparılır.
Hər 2 aydan bir bitki müalicəsində fasilə verilir. Fasilə minimum 7 gün, maksimum 2 həftə olunur.

Müalicə kursu dövründə indiyə qədər heç bir gözlənilməz nəticə müşahidə edilməməsinə baxmayaraq, yaxşı olar ki, vaxtaşırı sidikdən analiz verilsin.

Bitki müalicəsi - əsasən böyrəklərdə xəstəliklərin yeni başlandığı dövrdə çox yaxşı nəticə verir. Əlbəttə ki, müalicə dövründə həkimlərlə məsləhətləşmək müalicənin nəticələrinin etibarlı olmasına zəmanət verir.





Atv.az
Müəllif: Admin | 11-01-2017, 22:36
Baxılıb: 1 058
    
Hörmətli Qonaq, saytda qeydiyyatdan keçin: Qeydiyyat
loading...
Reklam
Şərh yaz
Adınız: *
E-mail: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod: yenilə, əgər kod görünmürsə
Kodu yazın: