Qadiniq.Net > Sağlamlıq / Diyeta > Armud yemək arıqlamağa kömək edir

Armud yemək arıqlamağa kömək edir

Armud yemək arıqlamağa kömək edir
ABŞ-ın Luiziana Universitetinin alimləri armudun arıqlamağa kömək etdiyini sübut ediblər.

Aparılan araşdırmalar zamanı arıqlamaq niyyətində olan tədqiqat iştirakçıları iki qrupa ayrılıblar. Hər iki qrup üçün eyni qida rasionu tərtib edilsə də, qruplardan birinin iştirakçılarına hər gün əlavə olaraq bir armud verilib. Üç həftə sonra qida rasionunda armud olanların çəkisinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilib.

Alimlər arıqlamanın səbəbini onunla izah edirlər ki, armudun tərkibində fruktozanın miqdarı çox olduğu üçün bu meyvəni yeyənlər əlavə şirniyyatdan imtina ediblər.




oxu.az



Geri get