Qadiniq.Net > Gözəllik / Üz maskaları > Gözətrafı kölgələrə qarşı ən sadə çarə

Gözətrafı kölgələrə qarşı ən sadə çarə

Gözətrafı kölgələrə qarşı ən sadə çarə
Zamanla müxtəlif problemlər nəticəsində göz ətrafında yaranan qara kölgələr estetik cəhətdən qadınları narahat etməyə başlayır. Gözaltı kölgələri yox etmək üçün rus xalq təbabətində uzun illər səmərəli şəkildə istifadə olunmuş bir maska təklif edirik.

Bunun üçün sizə çobanyastığı çiçəyi və adi çay sodası lazımdır. Çobanyastığı çiçəyini dəmləyin. Bir fincan çayın içərisinə bir çay qaşığı çay sodası əlavə edin. Tomponu bu məhlulda isladın 15 dəqiqəlik gözlərinizin üzərinə qoyun. Proseduru gündə iki dəfə bir neçə gün davam etdirin. Çayın isti olmasına diqqət yetirin.





Bizimyol.biz



Geri get