Ana səhifə Gözəllik Dünyanın Ən Bahalı Beş Dodaq Boyası

Dünyanın Ən Bahalı Beş Dodaq Boyası

müəllif Nuna
0 comment

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün vazkeçilməz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymət diapazonu çox genişdir. Ancaq, əgər büdcəniz buna imkan verirsə, burada diqqətə layiq olan beş variantı nəzərdən keçirə bilərsiniz. Dünyanın ən bahalı dodaq boyaları arasında bir neçə diqqət çəkən məhsul var.

Beləliklə, xarici mənbələrə əsasən dünyanın ən bahalı dodaq boyaları arasında beş variantı təqdim edirik:

Bunlardan biri, qiyməti 400 dollar olan və yenidən istifadə edilə bilən “Bond No. 9” markalı dodaq boyasıdır. Bu pomada “Swarovski” daşlarla bəzədilib və unikal dizayna malikdir.

Dördüncü yeri isə qutusu “Swarovski” daşlarla bəzədilmiş “Dior Rouge Premier” dodaq boyası tutur. “Fancy-Stones” kimi dəyərli daşlardan ibarət olan bu pomada, “Bond No. 9” kimi geri qaytarıla və dəyişdirilə bilməz. Dodaq boyası 6 fərqli çalarda mövcuddur və qlütensiz və vegan formuldadır. 24 karat qızıl və qırmızı hibiskus çiçəyi ekstraktı olan bu “Dior” dodaq boyasının qiyməti 530 dollardır.

“Pacal Diamond Cupid Artpiece” dodaq boyasının xarici qabığı 2,736 karatlıq laboratoriyada hazırlanmış 342 ağ və qırmızı VVS şəffaf almazdan ibarətdir. Bu unikal pomadanın xarici qabında tutqun rəngli mələk heykəlciyi yerləşir. Bu 18k çəhrayı qızıldan hazırlanmış “PASCAL” pomadasının xüsusi buraxılışıdır və qiyməti 10 min dollardır. Həmçinin, bu pomadaya 2 illik zəmanət verilir.

“Guerlain KissKiss Gold and Diamond” dodaq boyası isə dünyanın ən bahalı dodaq boyaları arasında ikinci yeri tutur. Pomada 15 müxtəlif çalarlarda mövcuddur və korpusu naxışlı, 110 qramlıq 18 karat sarı qızıl və 199 brilyantdan hazırlanıb. Bu da onun qiymətini artırır. Bu dodaq boyasının qiyməti isə 62 min dollardır.

Dünyanın ən bahalı dodaq boyası isə 14 milyon dollar dəyərindədir. “H. Couture Beauty Diamond” dodaq boyasının bu qədər baha olmasının səbəbi, 18 karatlıq xalis qızıldan hazırlanmış və çəhrayı və mavi brilyantlarla bəzədilmiş qutusudur. İstehsalçı şirkət bu dodaq boyasını ömür boyu ödənişsiz və limitsiz doldurmalara, həmçinin 24/7 müştəri dəstəyinə zəmanət verir.

You may also like

Leave a Comment